Türkiyəni ABŞ-la savaşa sürükləyən S-400-lər satıldı - Ruslar şokda

Türkiyəni ABŞ-la savaşa sürükləyən S-400-lər satıldı - Ruslar şokda
10.07.2026 09:43 Dünya

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin Fars körfəzi bölgəsində yerləşən ölkələrdən birinə satıldığı iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Nəşrin köşə yazarı Abdülkadir Selvinin iddiasına görə, sövdələşmə başa çatıb və bu barədə rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.

Məlumata əsasən, S-400 sistemləri Fars körfəzi ölkələrindən birinə göndərilir. Potensial alıcı kimi Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərin adı çəkilsə də, qəzet rəsmi açıqlamanı gözləməyi tövsiyə edib.

Türkiyə hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

Hürriyet bundan əvvəl Ankaranın ABŞ-nin CAATSA sanksiyalarından çıxmaq və F-35 qırıcılarının istehsalı proqramına qayıtmaq üçün hüquqi variantlar üzərində işlədiyini yazmışdı. Nəşrin məlumatına görə, S-400-lərin üçüncü ölkəyə satışı da bu prosesin bir hissəsi kimi nəzərdən keçirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra Ankaranın F-35 proqramına qayıdacağına əmin olduğunu bildirib. Tramp isə bu məsələ ilə bağlı yekun qərar vermədiyini deyib.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 sistemi alıb. Bu müqavilədən sonra Ankara ABŞ-nin F-35 proqramından çıxarılmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın" 13:34 Dağlıq rayonlarda yaşayanların nəzərinə! Temperatur... 13:18 Pərdəarxası Hörmüz bazarlığı – Vaşinqton Tehrandan hansı rəsmi bəyanatı tələb edir? 12:47 Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar? 11:43 Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır 11:26 1000 raket İrana tuşlanıb, əmr verilib 11:11 Şərqi Tehran əyalətində partlayış səsi eşidildi 11:18 İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi 11:48 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak etdi 11:46 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu 11:01 Tramp Avropa liderləri ilə məzələndi: "Gərək Ərdoğan onlara su tapançası verərdi" 10:39 İranın son 24 saatı - Amerika yekun zərbə vuracaq 10:35 Rusiya ordusu qırıldı, bitdi - Ukrayna dəhşətli rəqəmləri açıqladı 10:29 Dünya iqtisadiyyatının "şah damarı" kəsilir 10:07 Fars körfəzində təxliyə əməliyyatı: 1200 dənizçi Hörmüz boğazından necə çıxarıldı? 09:45 Bütün Xəbərlər