İyunda ən çox yağıntı bu zonaya düşüb

İyunda ən çox yağıntı bu zonaya düşüb
01.07.2026 20:31 Cəmiyyət

“2026-cı ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır”.

TodayPress TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt) , bölgələrdə isə (Culfa) iyunun 20-də 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub.

“İyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 mm), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 mm) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 07-də Şahdağda 1 sm qeydə alınıb”.

N.Mahmudov bildirib ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub. Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25–28 mm təşkil edib.

“İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib”.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Millimiz Tacikistana qalib gəldi 21:23 Azərbaycanda pul bazası artdı 21:12 Suriyada 3 türkmana vəzifə verildi 21:02 Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlandı 20:46 Hikmət Hacıyev Azərbaycan və Aİ tərəfdaşlığı barədə: Üfüqdən o yana baxış 20:35 İyunda ən çox yağıntı bu zonaya düşüb 20:31 İlham Əliyevlə Lyayen arasında səmimi söhbətin GÖRÜNTÜLƏRİ 20:15 Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ 20:09 Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək 20:04 Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək - Lyayen 20:04 Lyayen İlham Əliyevə buna görə TƏŞƏKKÜR ETDİ 19:59 Aİ Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayıracaq 19:52 İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər 19:30 Prezident Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı 19:42 İlham Əliyev: Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır 19:33 İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub 19:23 Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma 16:29 İlham Əliyev Ursula Fon der Lyayenlə təkbətək görüşdü 19:16 Səmanın yeni ağası havada: Su-57 döyüş meydanında nələri dəyişəcək? 17:58 Marko Palestra "Çelsi"yə transfer olundu 17:23 İrritabl bağırsaq sindromu: Hansı şikayətlərlə özünü göstərir? 16:19 İsrail höküməti bu torpaqları ABŞ-yə verir 17:31 "Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü 17:28 Putin çarəsiz qaldı, Hindistandan təcili yardım istədi 17:22 Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam 17:17 Bütün Xəbərlər