Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
19.06.2026 01:30 Cəmiyyət

Sabah Bakı şəhəri, Salyan və Masallı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 19-da Bakı, Salyan və Masallının bir sıra yaşayış ərazilərinin elektrik təsərrüfatında təmir işləri aparılacaq.

Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisinə daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək qəsəbənin Süleyman Bağırov küçəsində yerləşən bir sıra bina və həyət evlərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Saat 10:00-dan 13:00-dək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Fərman Salmanov, Xıdır Mustafayev, Nazim Hikmət, Xaqan Dadaşov, Dadaş Bünyadzadə, Ümid Əkbərov küçələrinin bir hissəsində Transformator Məntəqəsəsində (TM) reallaşacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi dayandırılacaq.

Nizami RETSİ ərazisində TM-də təşkil olunacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək fasilə Kamil Balakişiyev, Əlif Hacıyev küçələri, Qara Qarayev prospektinin bəzi yerlərini əhatə edəcək.

Sabah həm də Salyan Elektrik Şəbəkəsində (EŞ) Qaraçala kəndində yerləşən 35/10 kV-luq "Qaraçala" yarımstansiyasında cari təmir, sınaq və iməclik işləri yerinə yetiriləcək. Saat 10:00-dan 13:00-dək Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Masallı EŞ ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində də təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 12:00-dək Qızılağac, Hüseynhacılı, Viləş kəndlərində gərginlik olmayacaq.

Təmir-təftiş, sınaq və iməclik işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
“Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Bütün Xəbərlər