"Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır?

"Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır?
07.07.2026 15:24 Cəmiyyət

Azərbaycanlı alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Monqolustana səfəri zamanı müşahidə etdiyi maraqlı məqamları bölüşərək bu ölkədə halal anlayışı, ət kəsimi ənənələri və türk-monqol mədəni oxşarlıqları barədə fikirlərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, səfər boyunca qrup üzvlərinin ən çox verdiyi suallardan biri yeyilən qidaların halal olub-olmaması ilə bağlı idi.


"Monqolustan səfərimizdə qrupumuzun içində inanclı dostlarımız çox idi. Hara gedirdiksə, ilk suallardan biri bu olurdu: 'Halaldırmı?' Hətta zarafatla soruşurdular: 'Halal yemək istəyənlər kimdir?' Mən də deyirdim ki, 'Yox, mən haram yeyənlərdənəm'. Təbii ki, bu, öz aramızda zarafat idi. Hər kəsin inancı və həssaslığı özünə aiddir. Kimin nəyi halal, nəyi haram hesab etməsi onun vicdanı ilə bağlı məsələdir".

Alim qeyd edib ki, Monqolustanda olarkən halal anlayışına yalnız dini aspektdən deyil, mədəni və qastronomik baxımdan da yanaşmağa başlayıb:

"Bizdə halal deyəndə çox vaxt ilk ağla gələn donuz əti və ya spirt məsələsidir. Halbuki İslamda heyvanın necə kəsilməsi də mühüm şərtdir. Mənim üçün bunların bir qismi artıq dini qaydadan çox mədəni yaddaşdır. Amma işin fiziki tərəfi də var. Azərbaycanda heyvan kəsildikdən sonra qanı tam axıdılır, sonra soyulur və doğranır. Monqolustanda isə mənə danışdıqlarına görə, ənənəvi üsul tamamilə fərqlidir. Heyvanın sinə və ya qarın nahiyəsində kiçik kəsik açılır, ürəyi və ya əsas damarı sıxılaraq öldürülür, qan isə bədəndə qalır. Üstəlik, monqol inanclarına görə qanın torpağa axıdılması düzgün sayılmır".

Filoloq vurğulayıb ki, məhz bu fərq ətin dadına da təsir göstərir:

"Bir neçə dəfə ət yeyəndə hiss etdim ki, dad bizim qoyun ətindən fərqlənir. Sonradan kəsim üsulunu eşidəndə bunun səbəbi mənə aydın oldu. Bizim damaq yaddaşımız başqa cür formalaşıb. Monqol mətbəxində isə ət daha ilkin, daha çöl həyatını xatırladan formada təqdim olunur. Bizdəki kimi qəssab incəliyi, sümüyün oynaqdan ayrılması, tikələrin xüsusi formada hazırlanması mənim müşahidəmə görə o qədər də inkişaf etməyib. Əti sanki təbiətdən götürüb birbaşa qazana atırlar".

Publisist Monqolustanla Azərbaycan arasında çoxsaylı mədəni oxşarlıqların olduğunu da qeyd edib:

"Əslində Monqolustanla bizim ortaq cəhətlərimiz az deyil. Çadır mədəniyyəti, atçılıq, qoyunçuluq, süd məhsulları, qımız, qonaqpərvərlik, şaman izləri, ağaca parça bağlamaq, nəzir anlayışı kimi ənənələr bizə heç də yad deyil. Hətta şamanların dua etdiyi bir ağacın şəklini paylaşanda anam mənə zəng edib dedi ki, 'Ay bala, o nəzir ağacıdır, orada dua edərdin'. Deməli, eyni ənənələr müxtəlif adlarla yaşamağa davam edir. Biz də bir quzu kəsdirib özümüzə məxsus yemək hazırlamaq istədik. Amma soyulması və doğranması zamanı yenə fərqi gördük. Əti iri hissələrə bölüb qazana tökdülər. Bizdə bozpört, döşəmə, buğlama kimi yeməklər var, amma onları daha mətbəxləşmiş formada hazırlayırıq. Monqollar isə yeməyin içinə çay daşları da atdılar. Sonra həmin isti daşları əllərimizdə saxlayıb üzümüzə sürtməyi tövsiyə etdilər. Bu, mənim üçün çox maraqlı və qədim çöl ritualını xatırladan bir ənənə idi".

Ş.Sadiq monqolların yol salma adətindən də söz açıb:


"Maraqlı məqamlardan biri də hər ayrıldığımız zaman ev sahibi maşınımızın təkərlərinə süd sürtür, arxamızca süd səpirdi. Bunun mənası 'ağ yol, işıqlı yol' demək idi. Bizdə isə buna bənzər adət su ilə həyata keçirilir. Ola bilsin ki, bizdə süd azaldıqca suya keçilib, yaxud monqollar su qıtlığı səbəbindən südü seçiblər. Hər halda bu da xalqların düşüncə tərzini göstərən maraqlı mədəni detal idi. Hər hansı xalqı tanımaq üçün yalnız tarixi abidələrə baxmaq kifayət etmir. Bəzən bir ölkəni tanımaq üçün böyük muzeylərə, saraylara və abidələrə baxmaq kifayət etmir. Bir qoyunun necə kəsildiyinə, bir qazanın necə qaynadığına, bir daşın niyə yeməyin içinə atıldığına da diqqət yetirmək lazımdır. Çünki mədəniyyət və tarix bəzən kitablarda deyil, gündəlik həyatın ən sadə detalları içində yaşayır", – deyə fəlsəfə doktoru qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

"Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? — 1
"Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? — 2
XƏBƏR LENTİ
07 IYUL 2026
Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Bu vəzifəli şəxslər cərimələnəcək 16:27 Azərbaycan 17 ölkənin imzaladığı konvensiyaya qoşuldu 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 NATO zirvəsi iştirakçılarını 56.000-lik "ordu" qoruyur 16:00 Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 "Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? 15:24 Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif 14:55 Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? 14:37 Dron firmaları Zelenskinin sifarişi ilə minlərlə PUA istehsalına başladılar 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Bakıda sürücünün səhlənkarlığı qəzaya səbəb oldu - ANBAAN VİDEO 14:09 Makron və Suriya Prezidenti Əməvi Məscidini ziyarət etdilər 13:59 Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO 13:24 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 13:04 Bütün Xəbərlər