Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi?

Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi?
22.06.2026 14:15 Cəmiyyət

Bakıda 214 saylı marşrut avtobusunun qadının üstündən keçməsi ilə nəticələnən faciəli hadisədən sonra ictimaiyyətdə sürücülərin, xüsusilə də avtobus sürücülərinin daha ciddi nəzarətə cəlb olunması ilə bağlı müzakirələr genişlənib. 

Bir çox vətəndaş sürücülərin hər ay narkoloji müayinədən keçirilməsini təklif edir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə bildirib ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər artıq hər gün reysə çıxmazdan əvvəl tibbi yoxlamadan keçirlər.


Onun sözlərinə görə, rəqəmsal marşrut sistemində çalışan sürücülərin sağlamlıq vəziyyəti gündəlik nəzarətdə saxlanılır və onlar reysqabağı müayinədən keçirilirlər:

“Rəqəmsal marşrutda çalışan sürücülər onsuz da hər gün reysqabağı yoxlamadan keçirilirlər. Bu yoxlamalar sürücünün səhhətinin və iş qabiliyyətinin qiymətləndirilməsi baxımından vacib prosedurdur".

Eldəniz Cəfərov əlavə edib ki, sürücülərlə bağlı əlavə nəzarət tədbirlərinin tətbiqi isə əsasən marşrut daşıyıcılarının məsuliyyət dairəsinə daxildir:

"Daşıyıcı şirkətlər sürücünün davranışında və ya sağlamlıq vəziyyətində hər hansı şübhəli məqam müşahidə etdikləri halda, onu əlavə tibbi müayinələrə, o cümlədən narkoloji və digər testlərə yönləndirə bilərlər".

Qeyd edək ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən avtobus digər nəqliyyat vasitəsindən düşən 71 yaşlı piyadanı vurub, daha sonra isə üstündən keçib. Ağır xəsarətlər alan 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aparıldığı Sabunçu xəstəxanasında vəfat edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Nəzarətsiz çimərlikdə bədbəxt hadisə: Batan 4 nəfərin ikisi tapıldı - YENİLƏNDİ 15:17 Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi 15:29 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 11:29 Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Azərbaycan-İordaniya münasibətlərində yeni mərhələ: İordaniyalı spikerdən mühüm bəyanat 15:09 Qoşa yarışda böyük UĞUR: Parabadmintonçumuz fəxri kürsüyə yüksəldi 14:56 Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Bütün Xəbərlər