Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi

Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi
07.07.2026 15:49 Elm və Təhsil

Müəllimlər sertifikasiya imtahanı ilə bağlı narazılıqlarını bildiriblər.

TodayPress TV xəbər verir ki, bu mövzuda tarix müəllimi Samir Bəşirli çıxış edib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada həm sertifikasiya, həm də müəllimlərin işə qəbulu (MİQ) prosesində yol verildiyini iddia etdiyi hüquq pozuntularının aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılacağını qeyd edib.

Müəllim bildirib ki, bir müddət əvvəl 100-dən çox müəllimin imzası ilə Azərbaycan Prezidentinə müraciət ünvanlanıb və həmin müraciətin davamı olaraq Prezident Administrasiyasında qəbul üçün qeydiyyatdan keçiblər:

"Bir müddət əvvəl cənab Prezidentə 100-dən artıq müəllimin imzası ilə müraciət ünvanlanmışdı. Bu gün bu məsələ ilə bağlı Prezident Administrasiyasının qəbul şöbəsində oldum və iki həmkarımla birlikdə Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın qəbuluna yazıldıq. Görüş zamanı müəllimlərin bütün problemləri, MİQ və sertifikasiya sahəsində baş verdiyini düşündüyümüz hüquq pozuntuları səsləndiriləcək".

Samir Bəşirli əlavə edib ki, sertifikasiya imtahanlarının apellyasiya mərhələsində ən ciddi problemlərdən biri iştirakçılara imtahan suallarının təqdim edilməməsidir:

"Apellyasiya prosesində ən böyük qanunsuzluq imtahan suallarının bizə təqdim olunmamasıdır. Bizim əlimizdə suallar olmadan, hansı suala necə cavab verdiyimizi bilmədən, səhvin harada olduğunu görmədən necə apellyasiya verməyimiz mümkündür? Bu, başadüşülən deyil. Bu məsələ ilə bağlı bir qrup müəllim Azərbaycan Respublikasının Təhsil İnstitutunda olub və rəhbərliklə görüş keçirib. Bu gün həmkarlarımızla birlikdə Təhsil İnstitutuna gedərək imtahan nəticələri və suallarla tanış olmaq istəyimizi bildirdik. Bizi direktor müavini qəbul etdi. Görüş zamanı arqumentlərimizi faktlarla əsaslandırdıq. Lakin səsləndirdiyimiz məsələlərə konkret və hüquqi əsaslandırılmış cavab ala bilmədik. Bizə yalnız 'araşdırılır', 'baxılır' kimi ümumi ifadələr deyildi".

Müəllim vurğulayıb ki, imtahan suallarının təqdim edilməsinin mümkün olmadığı barədə verilən izahlarla razı deyil:

"Telefon danışığında bizə bildirildi ki, imtahan suallarını təqdim etmək mümkün deyil. Hesab edirəm ki, bu yanaşmanın hüquqi əsası yoxdur. Mənə izah edildi ki, həmin məlumatların daşıyıcısı Təhsil İnstitutu deyil. Deməli, nəticələr və suallarla tanış olmaq üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edilməlidir. Rəsmi ərizəmiz artıq təqdim olunub və ümid edirik ki, müəllimlərə öz nəticələri və sualları ilə tanış olmaq üçün şərait yaradılacaq".

Tarixçi bu prosesdə müxtəlif bölgələrdən Bakıya gələn həmkarlarına da təşəkkür edib:

"Bu isti yay günlərində uzaq rayonlardan vaxt ayıraraq gələn bütün müəllimlərə təşəkkür edirəm. Onların arasında yüksək nəticə göstərən, 50 baldan yuxarı toplayan və əməkdar müəllimlər də var. Onların bu məsələdə nümayiş etdirdiyi mübarizə əzmi hər cür qiymətləndirmədən daha dəyərlidir", – deyə Samir Bəşirli fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi — 1
Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi — 2
XƏBƏR LENTİ
07 IYUL 2026
KVN-çi necə məşhur din xadimi oldu? - Hacı Şahin - Dini dəyişdirən adam 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Bu vəzifəli şəxslər cərimələnəcək 16:27 Azərbaycan 17 ölkənin imzaladığı konvensiyaya qoşuldu 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 NATO zirvəsi iştirakçılarını 56.000-lik "ordu" qoruyur 16:00 Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 "Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? 15:24 Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif 14:55 Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? 14:37 Dron firmaları Zelenskinin sifarişi ilə minlərlə PUA istehsalına başladılar 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Bakıda sürücünün səhlənkarlığı qəzaya səbəb oldu - ANBAAN VİDEO 14:09 Makron və Suriya Prezidenti Əməvi Məscidini ziyarət etdilər 13:59 Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO 13:24 Bütün Xəbərlər