ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?
07.07.2026 14:37 Təhlil

ABŞ-nin region ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlikləri uzun müddətdir ki, səfir olmadan fəaliyyət göstərir.   Bu Vaşinqtonun region siyasətində hansı mesajı verir? 

Mövzu ilə bağlı   politoloq Əli Mustafa TodayPress TV-yə danışıb.   

                                                                                                                                                              O bildirib ki, Cənubi Qafqaz ölkələrinin heç birində Amerikanın hazırda səfiri yoxdur. Ancaq səfirliklər mövcuddur və fəaliyyət göstərir:

"Səhv etmirəmsə, işlər vəkili səfiri əvəz edir.  Bunun səbəbləri nə ola bilər? Səbəblər müxtəlifdir. Əvvəlcə onu deyim ki, Amerikada diplomatların, o cümlədən səfirlərin təyin olunması proseduru kifayət qədər mürəkkəb mexanizmdir. Yəni icra hakimiyyəti və Dövlət Departamenti bu təyinat prosesində mütləq Senatın da razılığını almalıdır. Senatda isə bəzən ciddi fikir ayrılıqları yaranır. Ölkədaxili siyasi mübarizə, yəni respublikaçılarla demokratlar arasındakı siyasi rəqabət bu sahəyə də təsir göstərir. Nəticədə bəzi şəxslərin müəyyən ölkələrə səfir təyin olunması prosesində əngəllər və ya maneələr meydana çıxır. Ona görə də bu prosedur bəzən ləngiyir". 

Analitik düşünür ki, Amerikanın xarici siyasət strategiyasındakı müəyyən məqamlar da bu məsələyə təsir edir:

"Yəni Amerika hansısa regiona daha çox diqqət yetirirsə, həmin regionlara səfirlərin təyinatı yubanmır və diplomatik missiyanın tam tərkibdə fəaliyyəti təmin olunur.  Cənubi Qafqaz isə ola bilsin ki, Amerika üçün prioritetdir, amma hələlik əsas prioritetlərdən biri deyil. Yaxud da burada prioritetlərin dəyişməsi və yenilənməsi ilə bağlı müəyyən prosedurlar mövcuddur. Yəni bölgədə həyata keçiriləcək xarici siyasət kursu ilə bağlı dəqiqləşdirmələr başa çatdıqdan sonra səfirlərin təyinatı həyata keçirilə bilər". 

Ekspertin qənaətincə, səfirlərin təyin olunması həm regiondakı vəziyyətlə, həm Amerikanın daxili siyasəti ilə, həm də onun strateji hədəfləri ilə bağlıdır:

"Bu məsələlərdə bəzən gecikmələr baş verir. Bildiyimə görə, Azərbaycana səfir postu üçün namizəd artıq müəyyənləşdirilib, lakin o, hələ Senatın təsdiqindən keçməyib. Senatda bu cür təsdiq prosesləri bəzən aylarla, hətta illərlə davam edə bilir. Amma bütövlükdə götürdükdə, təbii ki, Amerikanın bu ölkələrdəki səfirlikləri fəaliyyət göstərir və yaranan boşluqlar müəyyən mənada aradan qaldırılır. Yəni səfir olmasa da, səfirliyin əməkdaşları və işlər vəkili səfirin üzərinə düşən vəzifələri yerinə yetirirlər". 

Politoloq əlavə edib ki, Cənubi Qafqaz yaxın zamanlarda Amerikanın strateji prioritetləri sırasında daha önəmli yerlərdən birini tuta bilər. Bölgə ilə bağlı məsələlər aktuallaşdıqca, Amerika da bura səfirlərin təyinatı məsələsinə xüsusi diqqət yetirəcək. 

Jalə Rövşən

FOTOLAR

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? — 1
XƏBƏR LENTİ
07 IYUL 2026
“Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 "Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? 15:24 Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif 14:55 Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? 14:37 Dron firmaları Zelenskinin sifarişi ilə minlərlə PUA istehsalına başladılar 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Bakıda sürücünün səhlənkarlığı qəzaya səbəb oldu - ANBAAN VİDEO 14:09 Makron və Suriya Prezidenti Əməvi Məscidini ziyarət etdilər 13:59 Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO 13:24 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 13:04 Yarımadada yağış, dağlarda duman – İyulun ortasında paytaxtı nə gözləyir? 12:57 Qum Xamenei ilə vidaalaşdı - VİDEO 12:54 Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı 12:47 Zelenski Ankaraya gəldi - VİDEO 12:46 Faiq Qarayevin "16 qızıl qızı" bəlli oldu – Bakıdakı böyük döyüşə kimlər çıxır? 12:23 "Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi? 12:19 ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar 12:00 Bütün Xəbərlər