İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO
Türkiyə Xarici İşlər Nazirliyi İsrail rəsmilərinin son günlər ortaya atdığı iddialara qarşı olduqca sərt bəyanat yayıb.
TodayPress TV xəbər verir ki, rəsmi açıqlamada bu iddiaların koordinasiya olunmuş bir dezinformasiya kampaniyasının tərkib hissəsi olduğu bildirilib.
Ankara bəyan edir ki, İsrailin baş naziri Benyamin Netanyahu və cinayət şərikləri özlərinə yönələn tənqidləri qəsdən təhrif edərək, sistemli təbliğat yolu ilə dünya gündəmini dəyişməyə çalışırlar.
Lakin bu cəhdlər artıq beynəlxalq ictimaiyyəti inandıra bilmir və İsrail hökumətinin Qəzzada törətdiyi soyqırımı, regiondakı işğal və ilhaq siyasətini gizlətməyə kifayət etmir.
Bölgədə sülh, sabitlik və rifahın bərqərar olmasını yeganə məqsəd kimi göstərən Türkiyə XİN, İsraili konstruktiv və sülhsevər siyasət izləməyə çağırıb və bəyanatını "Türkiyə olaraq həqiqətləri deməyə davam edəcəyik" mesajı ilə yekunlaşdırıb.
Jalə Rövşən