Qətər İrana qarşı zərbələrdən imtina etdi: ABŞ ilə gərginlik yaranacaq?

Qətər İrana qarşı zərbələrdən imtina etdi: ABŞ ilə gərginlik yaranacaq?
12.03.2026 22:58

Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xulayfi bildirib ki, ölkəsi ABŞ-yə öz ərazisindən İrana qarşı zərbələr endirmək üçün istifadə etməyə icazə verməyib və silahlarından yalnız özünümüdafiə məqsədilə istifadə edir.

Maraqlıdır, Qətərin bu addımı ABŞ ilə münasibətlərdə hər hansı gərginliyə səbəb ola bilərmi? 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib ki, Qətərdə Amerika hərbi bazasının mövcudluğu İranla bağlı proseslər fonunda ölkənin mövqeyi barədə suallar yaradır.    


Analitik qeyd edib ki, ABŞ, İran və Qətər münasibətləri üçbucağında qeyri-müəyyənliklər mövcuddur. Bu da birinci növbədə Qətərdəki Amerika hərbi bazası ilə bağlıdır: 

“Hələ İranla müharibədən çox-çox əvvəl Qətərdə Amerikanın hərbi bazası var idi. Qətərlə Amerikanın arasında genişmiqyaslı silah ticarəti ilə bağlı sazişlər var, hətta bu sazişlərin bəzilərinin dəyəri milyardlarla ölçülür”.  

Onun sözlərinə görə, Qətər öz ərazisində yerləşən bazalardan İrana qarşı istifadə olunmasına etiraz etdiyini bildirsə də, faktiki vəziyyət fərqli ola bilər. Eyni zamanda, Qətərdə Amerikanın hərbi bazasının olması Qətər üçün İrana vurulan zərbələrdə onun bitərəfliyi mənasına gəlməyə əsas vermir.  

“Faktiki olaraq Amerika Qətərdə və digər ölkələrdəki hərbi bazalardan İrana qarşı istifadə edir. Ona görə də hələlik Qətər hakimiyyətinin mövqeyinin nədən ibarət olduğunu müəyyənləşdirmək çətindir. Əgər doğrudan da Amerikaya öz ərazisində olan hərbi bazalardan istifadə icazəsi verməyibsə, bunu sübut etməli və İranı inandırmalıdır”, - deyə ekspert izah edib. 


Siyasi şərhçi əlavə edib ki, İranın mövqeyinə görə, əgər hər hansı ölkənin ərazisindən ona qarşı zərbə endirilərsə, həmin ölkə legitim hədəf hesab oluna bilər. 

Qətərin ərazisində Amerika hərbi bazası varsa, həmin hərbi bazalardan İrana zərbə endirmək üçün istifadə olunarsa, onda bu İranın nöqteyi-nəzərindən Qətərə zərbə endirmək üçün kifayət edən bir arqumentdir. 

Ekspertin qənatincə, Qətərin bu məsələ ilə bağlı mövqeyində ardıcıllıq olarsa, bu, ABŞ ilə münasibətlərdə gərginliyə səbəb ola bilər: 

“Qətər öz ərazisindəki bazalardan İrana zərbə endirmək üçün istifadə məsələsində Amerikaya məhdudiyyət yaradacaqsa, bu, gərginliyə yol aça bilər. Eləcə də digər körfəz ölkələri öz ərazilərindəki bazalardan istifadəni Amerikaya qadağan etsələr,  əlbəttə, bu həmin ölkələrlə Amerikanın arasında çox ciddi problemə çevrilə bilər. Çünki bu hərbi bazalar körfəz ölkələrində İran müharibəsindən çox-çox əvvəl qurulub və həmin hərbi bazaların qurulması artıq bir rəy yaradır ki, bu ölkələr ilə Amerika bir-birinin hərbi müttəfiqləridirlər. Hərbi müttəfiqdirlərsə, Amerika bu ərazilərdəki bazalardan İrana və eləcə də başqa ölkələrə qarşı istifadə etmək hüququna malikdir”. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Bütün Xəbərlər