Politoloq: “Rusiya bu addımlarına görə cavab verməlidir”

Politoloq: “Rusiya bu addımlarına görə cavab verməlidir”
11.08.2025 14:00 Təhlil

“Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına raket zərbəsinin endirilməsi və SOCAR-a məxsus enerji obyektlərinə qarşı hücumlar təsadüfi deyil və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ukraynanın Odessa vilayəti istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın yanacaqdoldurma məntəqəsinə edilən raket hücumları Rusiyanın Azərbaycanın suverenliyinə və iqtisadi təhlükəsizliyinə qarşı birbaşa təhdididir.

“Bu hücumlar, eyni zamanda Azərbaycana məxsus təyyarənin vurulması, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində soydaşlarımıza qarşı həyata keçirilən vandalizm aktları və təzyiqlər Kremlin məqsədli siyasətinin bir hissəsidir. Bütün bunlar rəsmi Moskvanın Azərbaycana təzyiq göstərmək niyyətinin açıq göstəricisidir”.

Analitik əlavə edib ki, Rusiya Ukrayna ilə müharibədən bir vasitə kimi istifadə edərək Azərbaycanın bu ölkədəki enerji maraqlarına birbaşa zərbə vurur:

“Rusiyanın mülki obyektləri hədəfə alması beynəlxalq humanitar hüququn, xüsusilə müharibə qanunlarının kobud şəkildə pozulmasıdır. Bu, diplomatik və mülki obyektlərin toxunulmazlığını təmin edən 1961-ci il Vyana Konvensiyasına açıq hörmətsizlikdir. Rusiya bu addımlarına görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Moskva anlamalıdır ki, Azərbaycan öz milli maraqlarından təzyiq yolu ilə imtina etməyəcək”. 

Ekspert diqqətə çatdırıb ki, rəsmi Bakı bu prinsipial mövqeyini təkcə Rusiyaya deyil, eyni zamanda ABŞ-də keçmiş Cozef Bayden administrasiyasına, Fransaya və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən digər Qərb dairələrinə də artıq sübut edib:

“Kreml bu cılız təxribatlarla Cənubi Qafqazda itirdiyi mövqelərini bərpa edə bilməyəcək”, - deyə Yusif Bağırzadə fikrini yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən 5 ədəd “Şahed” tipli dronla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessa vilayətində yerləşən neft bazasına zərbə endirilib. Nəticədə obyektdə yanğın baş verib, dörd əməkdaş ağır xəsarət alıb. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir, təcili bərpa işləri aparılır.

Bundan əvvəl isə Rusiya Ukraynanın cənubundakı Odessa vilayətində ABŞ və Azərbaycandan qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasını hədəfə almışdı.

Aysel Mətləb

FOTOLAR

Politoloq: “Rusiya bu addımlarına görə cavab verməlidir” — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər