Tramp dünya müharibəsini başladır? - Ramiz Yunus AÇIQLADI

Tramp dünya müharibəsini başladır? - Ramiz Yunus AÇIQLADI
01.11.2025 17:15 Təhlil

ABŞ Prezidenti Donald Tramp Rusiyanın yeni raketləri sınaqdan keçirməsindən sonra Pentaqona nüvə silahlarını sınaqdan keçirməyi əmr edib. 

Bu qərar beynəlxalq ictimaiyyətdə yeni nüvə gərginliyi dalğası yaradıb. Artan ritorika və qarşılıqlı hədələr fonunda “taktiki nüvə müharibəsi” anlayışı yenidən gündəmə gəlib. Qlobal təhlükəsizlik balansının pozulduğu bir dövrdə bu proseslərin mümkün nəticələri ciddi narahatlıq doğurur. 

Artan nüvə ritorikası dünyanı hara aparır? Rusiya Ukraynada taktiki nüvə silahı tətbiq edə bilərmi?

TodayPress TV xəbər verir ki, Moderator.az-a danışan Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunusun sözlərinə görə, ikiqütblü dünyanın sonu və son illərdə yeni dünya nizamının formalaşmaması bəşəriyyəti elə vəziyyətə gətirib ki, beynəlxalq institutlar artıq işləməməyə başlayıb və nəticədə, planetin indiki vəziyyətinə gətirib çıxarıb:

“Qanunun gücü yerinə gücün qanunu bu gün hökm sürür. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı təcavüz isə bütün bu proseslərin bariz nümunəsidir. Bu münaqişənin uzun çəkməsi və Rusiyanın ilkin mərhələdə gözlədiyi uğuru əldə edə bilməməsi onu davamlı olaraq eskalasiya həddini artırmağa məcbur edir.

Məhz buna görə də ABŞ və Rusiya kimi böyük dövlətlərin artan nüvə ritorikası etimadsızlıq və qorxu atmosferi yaradır, bu isə soyuq müharibə dövrünü xatırladır. Beynəlxalq razılaşmaların eroziyası müşahidə olunur — bəziləri zəifləyib, bəziləri isə tamamilə qüvvədən düşüb. Bu, silahlara nəzarəti və şəffaflığı azaldır. Nəticədə, yeni silahlanma yarışı başlayıb və aparıcı dövlətlər daha müasir, “ağıllı” və mobil nüvə sistemlərinin hazırlanmasına böyük sərmayələr yatırırlar.

Bununla əlaqədar olaraq, səhvlərin artma riski də yüksəlir — yüksək gərginlik şəraitində texniki nasazlıq və ya yanlış xəbərdarlıq fəlakətli nəticələrə səbəb ola bilər.

Kreml ümid edirdi ki, Trampın prezident seçilməsi ilə bu müharibəni öz xeyrinə həll edə biləcək. Lakin bu ümidlər özünü doğrultmadı və məhz buna görə Rusiya Qərbə psixoloji təzyiq göstərməyə, nüvə ritorikasını şantaj və güc nümayişi vasitəsi kimi istifadə etməyə çalışır. Bu isə dünyada və müttəfiqlər arasında narahatlıq səviyyəsini artırır”.

Ramiz Yunus vurğulayıb ki, artan nüvə ritorikası birbaşa silah tətbiqinə deyil, daha çox beynəlxalq münasibətlərdə qeyri-sabitlik və etimadsızlığın artmasına gətirib çıxarır:

“ABŞ-nin cavab reaksiyası və Prezident Donald Trampın bəyanatları, eləcə də Çinin narazılığı Rusiyanın bu nüvə şantajının təsirini kəskin şəkildə zəiflədir. Rusiya Ukraynada taktiki nüvə silahı tətbiq edə bilərmi? Nəzəri baxımdan — bəli, Rusiyanın texniki imkanı var, lakin praktik olaraq bu, bir neçə səbəbdən olduqca az ehtimal olunur. Çünki bunun Rusiya üçün çox ağır siyasi nəticələri ola bilər, hətta məhdud miqyaslı nüvə zərbəsi Rusiyanı beynəlxalq təcridə salacaq, neytral ölkələrlə (məsələn, Çin və Hindistanla) münasibətləri dağıdacaq.

Hərbi baxımdan isə Ukraynada cəbhə xətti Rusiyanın sərhədlərinə yaxındır və radioaktiv çirklənmə həmçinin Rusiyanın öz ərazisinə də təsir göstərə bilər. Qərbin reaksiyası isə çox güman ki, nüvə ilə cavab verməyəcək, lakin güclü, dağıdıcı qeyri-nüvə zərbələri endirəcək və Rusiyanı tam təcrid edəcək. Üstəlik, Rusiyanın daxilində əlavə risklər ola bilər və hərbi və siyasi rəhbərliyin bir hissəsi belə addıma qarşı çıxa bilər.

Beləliklə, nüvə silahı tətbiqi təhdidi real plan deyil, daha çox təzyiq və qorxutma alətidir”.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər