Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı

Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı
28.07.2026 11:10

ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və Azərbaycanın strateji əhəmiyyətinə dair "Newsmax" portalında məqalə dərc edib.

TodayPress TV "APA"-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həmin məqaləni özünün "Truth Social" hesabında paylaşıb.

Hamadeh yazısında bildirib ki, Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ona ABŞ-nin etibarlı tərəfdaşlarla əməkdaşlığının əhəmiyyətini bir daha göstərib: "Azərbaycandan yenicə qayıtmışam və Prezident İlham Əliyevlə görüş keçirdim. Bu səfər bir daha göstərdi ki, Amerika etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdikdə onun təsiri daha güclü olur."

Konqresmen Azərbaycanın geostrateji mövqeyinə də diqqət çəkərək qeyd edib ki, ölkə Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm Rusiya, həm də İranla həmsərhəd olan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik tərəfdaşıdır: "Azərbaycan Vaşinqtonda həmişə gündəmin mərkəzində olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir."

Hamadeh vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı sülh istiqamətində mühüm irəliləyiş əldə edib və ABŞ bu prosesdə fəal iştirakını davam etdirməlidir: "Əgər Amerika liderlik etməsə, Rusiya və İran kimi rəqib güclər yaranan boşluğu doldurmağa çalışacaq."

Qeyd edək ki, Abe Hamadeh iyun ayında Azərbaycana səfər edib, Prezident İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-ABŞ münasibətləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 Будет 40 градусов жары — ПОГОДА НА ЗАВТРА 13:00 Турция восстанавливает железную дорогу, ведущую к таможне — работы начались 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Почему Южный Азербайджан стал костью в горле у Ирана? 11:34 В Иране выражение «Южный Азербайджан» вызвало землетрясение: шифры атаки на AzTV 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 В Иране живет больше евреев, чем в Азербайджане — откуда такая ненависть, Тегеран?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 Все новости