Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb

Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb
28.07.2026 12:28

Tabutlarla məcburi köçkün düşərgələrinə soxulan İran humanitar yardım adı ilə əhaliyə əslində arxalarındakı dövlətin Azərbaycan yox İran olması təbliğatını aparıblar.


Birinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin yerləşdiyi çadır düşərgələrində və digər zonalarda geniş humanitar yardım fəaliyyəti həyata keçirib. Məlumdur ki, bu yardım fəaliyyətləri siyasi, ideoloji və dini təbliğat məqsədilə reallaşdırılıb.

Bu fəaliyyətlərin əsas təşkilatçısı Tehranın ideoloji qolu hesab olunan İmam Xomeyni İmdad Komitəsi olub. Yoxsul ailələrə dəstək vermək məqsədilə 1979-cu ildə yaradılan bu komitə Pakistan, Somali, Əfqanıstan, Fələstin, Bosniya və Herseqovina, Kosovo, Çeçenistan, İraq, Tacikistan, Suriya, Livan və Azərbaycanda fəaliyyət göstərib. Diqqətlə fikir versək, İrandakı bu struktur məhz müsəlman ölkələrində humanitar fəaliyyət həyata keçirib və həmin ərazilərdə daha sonra İranın proksi qruplarının fəaliyyətə başlaması xarakterik hal alıb.


Xatırlatmaq lazımdır ki, İmam Xomeyni Yardım Fondu 2008-ci ilin dekabr ayında ehtiyacı olan 8 milyon insana yardım göstərdiyini, o cümlədən yoxsulluq həddindən aşağı yaşayan 1,5 milyon insana dəstək olduğunu və 843 min tələbə üçün təhsil yardımı ayırdığını bəyan etmişdi. Təbii ki, həmin tələbələrin də qarşısında hansı şərtlərin və ideoloji məqsədlərin durduğu bəllidir.

Şübhə yoxdur ki, İmam Xomeyni cəmiyyəti Azərbaycanda da olduqça geniş fəaliyyət göstərib. 1993-cü ilin sentyabr ayında Azərbaycana göndərilən humanitar yardımların üzərinə "İran İslam Respublikasının Qızıl Aypara (Hilali-Əhmər) yardımı müsəlman Azərbaycan millətinə" sözləri yazılmışdı. Yəni burada Azərbaycan millətinin məhz müsəlman olması faktı xüsusi olaraq vurğulanırdı ki, sonrakı dönəmlərdə bu ifadədən istifadə edilməsinin əsl məqsədi aydın şəkildə ortaya çıxdı.


Humanitar yardım adı altında, xüsusən də Qarabağ münaqişəsinin kəskin dövründə asılılıq yaratmaq üçün İmdat Komitəsi qaçqın şəhərciklərində və çadır düşərgələrində məskunlaşan aztəminatlı ailələrə ərzaq, geyim və pul yardımı paylayaraq əhali arasında rəğbət qazanmağa çalışıb. Maddi yardımlarla paralel olaraq, düşərgələrdə İranın teokratik rejiminin xəttinə uyğun şəkildə ciddi məzhəb təbliğatı aparıblar: dini ədəbiyyatlar paylayıb, teokratik idarəetmə modelini tərifləyən dərnəklər təşkil ediblər. Əsas məqsəd kimi yardım paylanılan məntəqələrdə və düşərgələrdə İranın dini liderləri Ayətullah Xomeyni və Əli Xameneyinin portretlərini yayıb, İslam inqilabının şüarlarını nümayiş etdiriblər. Təxminən 10 il ərzində bu dərnəklər öz fəaliyyətlərini daha da genişləndiriblər.

Hətta sonrakı dönəmlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olmuş Əli Həsənov 2014-cü ildəki müsahibələrində bildirmişdi ki, İmam Xomeyni İmdad Komitəsi Azərbaycandakı fəaliyyətini 2014-cü ildə başa çatdırıb və 80 humanitar qrup arasında ən uzunmüddətli fəaliyyət göstərən təşkilat kimi tarixdə yer alıb. Əli Həsənov həmçinin qeyd etmişdi ki, bu komitə məcburi köçkünlərlə bağlı fəaliyyətini daimi və geniş şəkildə həyata keçirən ilk təşkilat idi. Sözsüz ki, Azərbaycan tərəfi 20 il ərzində fəaliyyət göstərən bu komitənin fəaliyyətini o dönəmin çətin şərtləri daxilində qiymətləndirməyə məcbur idi.


Lakin rəqəmlər göstərir ki, İranın humanitar yardımları kifayət qədər böyük və təhlükəli miqyasda olub. 2004-cü ilin məlumatına görə, Azərbaycanda 11 ildən artıq fəaliyyət göstərən bu təşkilat respublikanın 19 rayonunda məskunlaşan 40 min imkansız ailəyə "himayədarlıq" edib. Söhbət 40 min ailədən gedir və İran yardım adı altında həmin insanları öz dini-siyasi əməllərinə vasitə etməyə çalışıb.

2014-cü ilin media təhlilləri göstərir ki, İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm brifinqdə "Azərbaycanda yaxşı işlər görmüşük, 20 il ərzində ofisimizin fəaliyyətini uğurla yekunlaşdırdıq" deyə bildirmiş və xüsusilə vurğulamışdı ki, bu fəaliyyətdə hər hansı siyasi rəng və çalar olmayıb. Bu bəyanat əslində onların sonrakı dönəmlərdə ifşa olunan niyyətlərini pərdələmək cəhdi idi.

Azərbaycan iqtisadi baxımdan inkişaf etdikdən sonra 2011-ci ildə qurumun qeydiyyatını ləğv etdi. Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində bu qurum məcburi köçkünlərlə yanaşı, selektiv şəkildə Qarabağda şəhid olmuş şəxslərin ailələrinə də yardım göstərərək onları ön plana çıxarmağa çalışırdı.

Rəsmi açıqlamalara görə, İran tərəfi Azərbaycanda həyata keçirdiyi humanitar layihələrə 20 il ərzində 43 milyon ABŞ dolları vəsait sərf etdiyini bildirir. Lakin tarix göstərdi ki, xərclənən bu vəsait azərbaycanlıların humanitar vəziyyətini yaxşılaşdırmaqdan daha çox, qaçqınlar arasında Azərbaycan dövlətinin deyil, İranın təbliğatının aparılmasına və İranın xilaskar dövlət obrazında qəbul etdirilməsinə xidmət edib.

Tabutlarla məcburi köçkün düşərgələrinə soxulan İran humanitar yardım adı ilə əhaliyə əslində arxalarındakı dövlətin Azərbaycan yox İran olması təbliğatını aparıblar.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
28 IYUL 2026
Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 Bütün Xəbərlər