Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq

Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq
28.07.2026 12:51

Netflix platforması portuqaliyalı mütəxəssis Joze Mourinyoya həsr olunan “Joze Mourinyo. Xüsusi” adlı sənədli filmin avqustun 11-də təqdim olunacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, film müasir futbol tarixinin ən məşhur məşqçilərindən biri hesab olunan Mourinyonun həyatı və karyerasından bəhs edəcək.

Layihə müəllifləri məşqçinin karyerasına dair indiyədək məlum olmayan məqamları təqdim edəcəklər. Filmdə, həmçinin, futbol dünyasının tanınmış simaları ilə eksklüziv müsahibələr yer alacaq. Onların sırasında ser Aleks Ferqyuson, Con Terri, İker Kasilyas, Zlatan İbrahimoviç, Didye Droqba, Marselo, Samuel Eto'O, Xavyer Zanetti, Frenk Lempard və Petr Çex də var.

Sənədli filmdə Mourinyonun ən böyük uğurları, karyerasındakı qalmaqallar, əfsanəvi futbolçularla münasibətləri və “Xüsusi” (“The Special One”) ləqəbini necə qazanması barədə də ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Joze Mourinyo 11 iyun 2026-cı ildə “Real Madrid”in baş məşqçisi təyin olunub. Onun İspaniya nəhəngi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi 14:22 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:11 Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Bütün Xəbərlər