O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı

O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı
28.07.2026 13:20

NBA əfsanəsi, Basketbol Şöhrət Zalının üzvü və dördqat çempion Şakil O'Nil “Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid barədə iddialı proqnoz səsləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

54 yaşlı sabiq basketbolçunun fikrincə, 2026/2027 mövsümündə Embiid NBA-nın ən yaxşı mərkəz oyunçusu olacaq və “Denver Naqqets”in serbiyalı ulduzu Nikola Yokiçi geridə qoyacaq.

“Coel Embiid bu il dominant oyun nümayiş etdirəcək. Bunu ilk məndən eşitdiniz. Coel Embiid liqanın ən yaxşı mərkəz oyunçusu olacaq. Bu mövsüm o, Yokiçi üstələyəcək”, – deyə O'Nil bildirib.

Qeyd edək ki, son illərdə NBA-nın ən yaxşı mərkəz oyunçusu müzakirələrində Coel Embiid və Nikola Yokiç əsas rəqiblər hesab olunur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bakıda müəllimi güllələyən şagirdin atasını məhkəmə cəzalandırdı 14:36 Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi 14:22 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:11 Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Bütün Xəbərlər