ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI

ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI
07.07.2026 18:55

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyunun 7-də Azərbaycanda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq gündəliyi, enerji təhlükəsizliyi, regional bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli təmasların və siyasi dialoqun inkişaf etdirilməsinin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Tərəflər Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi artan rolundan bəhs edərək, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Regional bağlantı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dinamik inkişaf etdiyini, bu çərçivədə C6 əməkdaşlıq formatının yeni imkanlarını qeyd edib. Xəzər dənizi vasitəsilə Şərq-Qərb bağlantılarının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, eləcə də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında yaradılan logistika və sənaye infrastrukturu sayəsində Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrildiyi vurğulanıb.

Tərəflər postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyini nəzərdən keçiriblər.

Görüş zamanı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ФОТО

ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI — 1
ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI — 2
ЛЕНТА НОВОСТЕЙ
07 июля 2026
“Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 DÇ-2026: Argentina - Misir matçında ilk hissə bitdi - YENİLƏNDİ 20:03 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Трамп: Я приехал на саммит только из-за Эрдогана, иначе не приехал бы... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 Как КВН-щик стал известным религиозным деятелем? Гаджи Шахин — человек, изменивший отношение к религии 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Все новости