Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin dayandırılması üçün razılığa gəlmək istədiklərini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, ötən günlərdə Vladimir Putinlə uzun telefon danışığı aparıb, daha sonra isə Volodimir Zelenski ilə əlaqə saxlayıb.
“Həm Putin, həm də Zelenski razılığa gəlmək istəyir. Təəssüf ki, bu, çox vaxt apardı. Amma düşünürəm ki, nəsə alınacaq”, - deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da danışıqlar prosesinə dəstək verir və vasitəçilik səylərində iştirak edir.
Kübra Musayeva