Brüssel Ankaranın qapısını hansı planla döyür?
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Türkiyənin NATO daxilində və Avropa İttifaqı ilə münasibətlərdə mühüm rol oynadığını bildirib.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda səsləndirib.
Fon der Lyayen NATO-nun baş katibi Mark Rütte ilə birlikdə iştirak etdiyi panel müzakirəsində NATO ilə Avropa İttifaqı arasında daha sıx koordinasiyanın, birgə müdafiə satınalmalarının və Avropanın müdafiə sənayesi potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Aİ üzvü olan ölkələrin silahlı qüvvələri eyni zamanda NATO, Avropa İttifaqı, BMT və digər beynəlxalq missiyalarda istifadə olunur. Buna görə də orduların qarşılıqlı uyğunluğu və müdafiəyə investisiyaların artırılması xüsusi əhəmiyyət daşıyır.
Fon der Lyayen qeyd edib ki, Türkiyə NATO-nun ən böyük ordularından birinə malikdir və alyans daxilində hər zaman mühüm rol oynayıb.
O əlavə edib ki, Türkiyə ilə Avropanın müdafiə təşəbbüsləri, o cümlədən birgə müdafiə satınalmalarının maliyyələşdirilməsini nəzərdə tutan SAFE mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur.
Qiymət Mahir