Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR

Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR
07.07.2026 20:28

ABŞ Prezidenti Donald Trampın Ankara sammitində verdiyi mesajlar toplantının əsas gündəminə çevrilib. Tramp çıxışında NATO-dan məyus olduğunu desə də, sammitin Türkiyədə və Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilməsinin onun iştirak qərarında həlledici rol oynadığını bildirib. O, Ərdoğanı “çox güclü lider” adlandıraraq Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, Trampın ən diqqətçəkən açıqlamalarından biri isə Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı olub. ABŞ lideri bu məhdudiyyətlərin aradan qaldırılacağını, Vaşinqtonla Ankara arasında yeni hərbi əməkdaşlıq imkanlarının müzakirə edildiyini açıqlayıb. O, Türkiyənin NATO-nun ən güclü ordularından birinə sahib olduğunu, alyansa bir çox ölkədən daha böyük töhfə verdiyini vurğulayıb. F-35 qırıcılarının satışı ilə bağlı suala cavabında isə bunun mütləq nəzərdən keçiriləcəyini və Türkiyənin ABŞ-nin etibar etdiyi tərəfdaşlardan biri olduğunu deyib.

ABŞ prezidentinin İranla bağlı sözləri də diqqətdən yayınmayıb. Tramp bildirib ki, İranla müharibə dövründə Türkiyə Vaşinqtona bir çox istiqamətdə mühüm dəstək verib və Ankaranın rolu danılmazdır. Bu açıqlama bir çox müşahidəçi tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyənin ABŞ-yə dəstək vermədiyi barədə son bəyanatına dolayısı cavab kimi qiymətləndirilir.

Ankarada keçirilən sammitin əsas müzakirə mövzuları isə təkcə Türkiyə-ABŞ münasibətləri ilə məhdudlaşmır. Ukraynadakı müharibə, Rusiyaya qarşı yeni addımlar, Çinin artan təsirinə qarşı strategiya, eləcə də Yaxın Şərqdə İran-İsrail qarşıdurmasından sonra formalaşan yeni geosiyasi vəziyyət liderlərin gündəmində əsas yer tutur.

Ekspertlər hesab edirlər ki, bu sammitdə qəbul ediləcək qərarlar təkcə NATO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməyəcək, həm də regionda qüvvələr balansına ciddi təsir göstərəcək. Xüsusilə Ukrayna ilə bağlı gözlənilən qərarlar və Rusiyaya qarşı yeni yanaşmalar Moskvanın diqqətlə izlədiyi əsas məsələlərdən biridir.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 IYUL 2026
DÇ-2026: Argentina - Misir matçında ikinci QOL - YENİLƏNDİ 20:03 “Firon”lar “qızıl”lara qol vurdu, amma qiyməti olmadı 21:32 İran dronları gəmilərə yaxınlaşdı, ABŞ müdaxilə etdi 21:22 “Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Tramp: Sammitə Ərdoğana görə gəldim, yoxsa gəlməzdim... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 Bütün Xəbərlər