Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI

Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI
07.07.2026 18:09

Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb.

Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib.

XƏBƏR LENTİ
07 IYUL 2026
Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Tramp: Sammitə Ərdoğana görə gəldim, yoxsa gəlməzdim... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 KVN-çi necə məşhur din xadimi oldu? - Hacı Şahin - Dini dəyişdirən adam 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Bu vəzifəli şəxslər cərimələnəcək 16:27 Azərbaycan 17 ölkənin imzaladığı konvensiyaya qoşuldu 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 NATO zirvəsi iştirakçılarını 56.000-lik "ordu" qoruyur 16:00 Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 Bütün Xəbərlər