Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçildi: Seçkilərin gedişi və nəticələri

Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçildi: Seçkilərin gedişi və nəticələri
19.05.2025 11:29 Dünya

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

TodayPress TV xəbər verir ki, təkrar seçkilərdə müstəqil, Avropa yönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan qalib gəlib.

O, ölkənin beşinci prezidenti olub.

Rumıniya Mərkəzi Seçki Bürosunun yaydığı məlumata görə, Nikuşor Dan 53,60% səslə rəqibini geridə qoyaraq prezident seçkilərində qələbə qazanıb. Onun əsas rəqibi millətçi “Rumıniyanın Birləşməsi Uğrunda Alyans” partiyasının lideri Corce Simion 46,40% səs toplayıb.

Xaricdə yaşayan rumınlar arasında isə Simion daha üstün olub: onun səsləri 55,86%-ə çatıb, Dan isə burada 44,14% səs toplayıb.

Seçkilərin ikinci turunda iştirak edən seçicilərin sayı 11,6 milyonu ötüb ki, bu da ümumi seçici sayının 64,72%-ni təşkil edir. Bu göstərici son 30 ildən artıq müddətdə qeydə alınan ən yüksək iştirak faizidir.

Nikuşor Dan verdiyi açıqlamada bildirib ki, mayın 19-dan etibarən yeni hökumətin formalaşdırılması üzrə danışıqlara başlayacaq.

Qeyd edək ki, bu prezident seçkiləri təkrar keçirilib. Plan üzrə seçkilər 2024-cü ilin noyabrında başlamışdı, lakin birinci turda millətçi namizəd Kalin Corcesku səs topladıqdan sonra Rumıniya Konstitusiya Məhkəməsi prosesi dayandırmaq qərarına gəlib.

Məhkəmənin qərarına səbəb kimi Corceskunun seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, seçki sistemində istifadə olunan rəqəmsal infrastrukturun haker hücumlarına məruz qalması və sübut edilməsə də, ehtimal olunan Rusiya müdaxiləsi göstərilmişdi.

Yaranan qalmaqala baxmayaraq, Rumıniya hökuməti Konstitusiya Məhkəməsinin qərarını qəbul edib və təkrar prezident seçkilərinin keçirilməsini 2025-ci il mayın 4-ü və 18-i tarixlərinə təyin edib.

Mayın 4-də keçirilən ilk turda Corce Simion 40,96%, Nikuşor Dan isə 20,99% səs toplayaraq ikinci tura keçmişdi.

İkinci tur səsvermə prosesi ciddi insident yaşanmadan başa çatıb. Lakin Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Tsernya bildirib ki, seçki zamanı Rusiya tərəfindən müdaxilə izlərinə rast gəlinib. Onun sözlərinə görə, “Telegram” platformasında yayılan saxta xəbərlərlə seçki prosesinə təsir göstərmək cəhdi olub.

“Telegram”ın yaradıcısı Pavel Durov isə açıqlayıb ki, Rumıniya seçkiləri ərəfəsində ölkədəki mühafizəkar kanalların bloklanması ilə bağlı müraciətlər olsa da, bu tələbləri yerinə yetirməyib. Məlumata görə, bu xahişi Fransa Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Nikola Lerner edib.

Səsvermədən sonra Simion və Corcesku jurnalistlərə açıqlama vermək istəsələr də, seçki məntəqəsindəki polis əməkdaşı onların ərazini tərk etməsini tələb edib.

Bu seçkilər Rumıniyanın daxili siyasi mənzərəsində mühüm dönüş nöqtəsi sayılır. Nikuşor Danın prezident seçilməsi ölkənin Avropa İttifaqına inteqrasiya və demokratiya kursunu davam etdirmək niyyətində olduğunu göstərir. Bununla belə, seçkilər zamanı səslənən müdaxilə və təxribat iddiaları da gələcəkdə Rumıniya üçün təhlükəsizlik məsələlərinin aktual olaraq qalacağını göstərir.

Töhfə Səməd


XƏBƏR LENTİ
21 IYUN 2026
Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB 09:23 Prezident seçkilərinin ikinci turu keçiriləcək 09:10 Abituriyentlər bu gün imtahan verəcək 08:59 Rusiya tarixin ən böyük səfərbərliyinə başlayır: Ukrayna savaşı yenidən qızışır 08:52 DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilmədi 09:05 Alman polisindən hökumətə sərt mesaj: “Bu ölkəni itiririk” 23:25 Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Bütün Xəbərlər