İran və Avropa ölkələri müzakirələri davam etdirməyə qərar verdi

İran və Avropa ölkələri müzakirələri davam etdirməyə qərar verdi
25.07.2025 16:21 Dünya

İranla 2015-ci il nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniya arasında İstanbulda keçirilən nüvə mövzusunda danışıqlar başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Görüşün sonunda tərəflər məsələnin həlli məqsədilə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

İran tərəfini təmsil edən xarici işlər nazirinin müavini Kazım Qaribabadi danışıqlardan sonra “X” sosial media platformasında paylaşım edərək, Avropa rəsmiləri ilə ciddi, açıq və ətraflı görüş keçirdiklərini bildirib.

“Görüş zamanı sanksiyaların ləğvi və nüvə məsələsinə dair son inkişaflar müzakirə edildi və təhlil olundu”, - deyə Qaribabadi bildirib.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənliklərin və gərginliyin artdığı bir dövrdə İstanbulda keçirilən bu görüş, Tehranla Avropanın "E3" ölkələri arasında 2015-ci il nüvə sazişinin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
17 AVQUST 2026
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Bütün Xəbərlər