Fridrix Merts istefa verə bilər

Fridrix Merts istefa verə bilər
03.08.2026 08:25

Almaniyanın hakim Xristian Demokrat İttifaqı (XDS) Partiyasının rəhbərliyi sentyabrda ölkənin şərq federal torpaqlarında keçiriləcək seçkilərdən sonra kansler Fridrix Mertsin istefa verə biləcəyini istisna etmir.

TodayPress TV xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Mertsə yönələn istehzalı münasibət onun partiyadaşları arasında nüfuzunu sürətlə itirdiyini göstərir. Jurnalın həmsöhbətləri hesab edirlər ki, XDS-də kanslerin yaranmış siyasi böhrandan çıxacağına ümid demək olar ki, qalmayıb.

Bildirilir ki, jurnal son günlər kanslerin ətrafı və XDS/XSS blokunun rəhbərliyində təmsil olunan bir sıra şəxslərlə söhbət aparıb. Onların sözlərinə görə, partiya rəhbərliyi Mertsdən ciddi şəkildə məyus olub. XDS həmçinin son aylarda rəy sorğularında Almaniya üçün Alternativ Partiyasından geri qalır.

Mənbələrin iddiasına görə, partiyanın yüksək rəhbərliyində belə Mertsin ilin sonunadək kansler postunda qalacağına inananların sayı çox azdır. Sentyabrda Saksoniya-Anhalt, Berlin və Meklenburq–Qərbi Pomeraniya federal torpaqlarında keçiriləcək seçkilərin nəticələrinin XDS üçün uğursuz olacağı proqnozlaşdırılır.

Jurnal yazır ki, seçkilərdən sonra Mertsin istefaya məcbur ediləcəyi ehtimalı nəzərdən keçirilir. Onun mümkün varisi kimi Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Hendrik Vüstün adı çəkilir.

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Золото начало неделю с роста 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Цены на нефть упали более чем на 5% 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 МЧС: На прошлой неделе было осуществлено 861 выезд на пожар, спасены 59 человек 09:55 Состоится экзамен по способностям для желающих поступить на журналистику 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Не согласился на снижение зарплаты, расставание стало неизбежным 09:23 Атака БПЛА на один из крупнейших логистических складов России 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 «После "Возмездия" возврата не было» — операция, изменившая судьбу Карабаха 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 В Египте произошло сильное землетрясение 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 Все новости