Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi

Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi
03.08.2026 10:41

Sabiq NHL müdafiəçisi Bred Hant karyerasını başa vurub.

TodayPress TV xəbər verir ki, NHL klublarında çıxış etmiş kanadalı müdafiəçi Bred Hant 37 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Təcrübəli hokkeyçi qərarını sosial şəbəkədə paylaşdığı mesajla elan edib.

“Hokkey həmişə həyatımın böyük bir hissəsi olub. Uşaqlıqdan NHL-də oynamağı arzulayırdım və bu arzum gerçəkləşdi. Qarşıma çıxan hər fürsətə və bu yolda mənə dəstək olan hər kəsə sonsuz minnətdaram. Çıxış etdiyim bütün komandalara, komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm”, – deyə Hant bildirib.

Bred Hant karyerasının son mövsümünü Finlandiyanın “Sport” klubunda keçirib. O, ölkə çempionatında 53 oyunda meydana çıxaraq 7 qol və 18 məhsuldar ötürmə ilə ümumilikdə 25 xal toplayıb. Müdafiəçinin faydalılıq göstəricisi isə -36 olub.

Hant NHL-də müntəzəm mövsümlərdə “Edmonton Oylerz”, “Sent-Luis Blyuz”, “Neşvill Predators”, “Veqas Qolden Nayts”, “Minnesota Vayld”, “Vankuver Kanaks” və “Kolorado Evelanş”ın heyətində ümumilikdə 288 oyuna çıxıb. O, bu qarşılaşmalarda 26 qol vurub, 60 məhsuldar ötürmə edib və ümumilikdə 86 xal qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 Bütün Xəbərlər