Fridrix Merts istefa verə bilər

Fridrix Merts istefa verə bilər
03.08.2026 08:25

Almaniyanın hakim Xristian Demokrat İttifaqı (XDS) Partiyasının rəhbərliyi sentyabrda ölkənin şərq federal torpaqlarında keçiriləcək seçkilərdən sonra kansler Fridrix Mertsin istefa verə biləcəyini istisna etmir.

TodayPress TV xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Mertsə yönələn istehzalı münasibət onun partiyadaşları arasında nüfuzunu sürətlə itirdiyini göstərir. Jurnalın həmsöhbətləri hesab edirlər ki, XDS-də kanslerin yaranmış siyasi böhrandan çıxacağına ümid demək olar ki, qalmayıb.

Bildirilir ki, jurnal son günlər kanslerin ətrafı və XDS/XSS blokunun rəhbərliyində təmsil olunan bir sıra şəxslərlə söhbət aparıb. Onların sözlərinə görə, partiya rəhbərliyi Mertsdən ciddi şəkildə məyus olub. XDS həmçinin son aylarda rəy sorğularında Almaniya üçün Alternativ Partiyasından geri qalır.

Mənbələrin iddiasına görə, partiyanın yüksək rəhbərliyində belə Mertsin ilin sonunadək kansler postunda qalacağına inananların sayı çox azdır. Sentyabrda Saksoniya-Anhalt, Berlin və Meklenburq–Qərbi Pomeraniya federal torpaqlarında keçiriləcək seçkilərin nəticələrinin XDS üçün uğursuz olacağı proqnozlaşdırılır.

Jurnal yazır ki, seçkilərdən sonra Mertsin istefaya məcbur ediləcəyi ehtimalı nəzərdən keçirilir. Onun mümkün varisi kimi Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Hendrik Vüstün adı çəkilir.

XƏBƏR LENTİ
03 AVQUST 2026
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Bütün Xəbərlər