Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq

Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq
28.07.2026 11:17

İngiltərə futbol liqalarında qapıçıların zədə simulyasiyasının qarşısını almaq məqsədilə yeni qayda tətbiq olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Qapıçıya fizioterapevtin köməyi lazım olarsa, komandası bir dəqiqə ərzində azlıqda mübarizə aparacaq. Baş məşqçi 10 saniyə ərzində meydanı tərk edəcək futbolçunun adını bildirməlidir. Əks halda, meydanı komandanın kapitanı tərk edəcək.

Qayda yalnız ciddi zədələrə, o cümlədən beyin silkələnməsi, qanaxma və digər təxirəsalınmaz hallara şamil edilməyəcək. Həmçinin oyun dayandırılmadığı vəziyyətlərdə bu cəza tətbiq olunmayacaq.

Eksperimentin nəticələri Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qiymətləndiriləcək. Qərar müsbət olacağı təqdirdə, yeni qaydanın 2027/2028 mövsümündən etibarən bütün dünyada tətbiqi mümkün olacaq.

Bildirilir ki, bu təşəbbüsə səbəb olan hadisələrdən biri 2025-ci ilin noyabrında baş verib. Həmin vaxt “Lids Yunayted”in baş məşqçisi Daniel Farke “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı vaxt qazanmaq üçün zədəni qəsdən simulyasiya etməkdə ittiham etmişdi. Həmin görüşdə “Mançester Siti” Fil Fodenin əlavə olunmuş vaxtda vurduğu qol sayəsində 3:2 hesablı qələbə qazanmışdı.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 Будет 40 градусов жары — ПОГОДА НА ЗАВТРА 13:00 Турция восстанавливает железную дорогу, ведущую к таможне — работы начались 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Почему Южный Азербайджан стал костью в горле у Ирана? 11:34 В Иране выражение «Южный Азербайджан» вызвало землетрясение: шифры атаки на AzTV 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 В Иране живет больше евреев, чем в Азербайджане — откуда такая ненависть, Тегеран?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 КСИР перешел все границы: чтобы втянуть Азербайджан в иранский ад, использовали разбомбленные суда 11:00 Все новости