“Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir

“Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir
06.08.2026 09:26

İngiltərənin “Arsenal” klubu “Real Madrid”in cinah oyunçusu Vinisius Juniorun transferini reallaşdıracağına inanır.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. 

London təmsilçisinin idman direktoru Andrea Berta klub daxilində, o cümlədən futbolçular arasında bu transferin baş tutacağına əmin olduğunu bildirib.

Mənbənin iddiasına əsasən, baş məşqçi Mikel Arteta Vinisiusla söhbətində ona komandadakı rolunu izah edib. Braziliyalı futbolçu isə “Real Madrid”dən ayrılacağı təqdirdə “Arsenal”ı karyerasını davam etdirmək üçün uyğun variant hesab edir.

Bildirilir ki, “kral klubu” da “topçular”ın Vinisiusa olan ciddi marağından xəbərdardır.

Qeyd olunur ki, “Real Madrid” rəhbərliyi futbolçu ilə müqaviləni yalnız öz şərtləri əsasında uzatmağa hazırdır. Klub rəhbərliyi Vinisiusa heç bir oyunçunun komandanın maraqlarından üstün ola bilməyəcəyini çatdırıb.

Xatırladaq ki, daha əvvəl “Real Madrid”in Vinisiusa komanda və layihədəki əhəmiyyətini əks etdirən yaxşılaşdırılmış yeni müqavilə təklifi etdiyi bildirilmişdi.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 В этих центральных улицах Баку ограничивается движение транспорта 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Поступок Джексона завоевал симпатии футбольных болельщиков! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Украинский коллега встретил Джейхуна Байрамова в Киеве 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 ПОСЛЕДНИЕ СУТКИ: В воздух поднялось более 6 тысяч дронов, количество боев превысило 200 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 В некоторых районах прошли дожди — ФАКТИЧЕСКАЯ ПОГОДА 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 На этих территориях не будет света 09:07 В Филиппинах произошло сильное землетрясение 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Украинские беспилотники атаковали крупный российский нефтезавод 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Все новости