Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI

Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI
06.08.2026 11:00

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri oktyabrın 29-da Ankarada bir araya gələcəklər. Təşkilatın Zirvə görüşü Türkiyənin Cümhuriyyət bayramı gününə təsadüf edəcək. Bildirilir ki, türk dövlətləri vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə bilməsi istiqamətində iş aparırlar.

Bu təşəbbüs nə vəd edir? Mümkün üstünlükləri nələrdir?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, sözügedən görüş həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır:

“Zirvənin məhz Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümünə təsadüf etməsi Türk Dünyasının birliyinə və həmrəyliyinə verilən önəmin göstəricisidir. Bu, həm də ortaq tarixə, dəyərlərə və gələcəyə hesablanmış mühüm siyasi mesajdır. Zirvə çərçivəsində müzakirə ediləcək əsas məsələlərdən biri də TTDT-yə üzv ölkələrin vətəndaşlarının qarşılıqlı səfərləri zamanı pasport əvəzinə şəxsiyyət vəsiqəsindən istifadə etməsi ilə bağlı təşəbbüsdür. Hesab edirəm ki, bu, təşkilat daxilində inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərən mühüm addımdır.

Artıq Azərbaycan və Türkiyə arasında bu model uğurla tətbiq olunur və vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilirlər. Bu təcrübənin digər türk dövlətlərini də əhatə etməsi insanların gediş-gəlişini xeyli asanlaşdıracaq, turizmin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, investisiyaların artmasına, tələbə və alim mübadiləsinin güclənməsinə, həmçinin mədəni-humanitar əlaqələrin daha da dərinləşməsinə ciddi töhfə verəcək”.


Azər Badamov

Deputatın sözlərinə görə, bu təşəbbüsün siyasi əhəmiyyəti olduqca böyükdür:

“Çünki eyni soykökə, ortaq tarixə və oxşar dillərə malik xalqlar arasında sərbəst hərəkətin təmin olunması qarşılıqlı etimadı və həmrəyliyi daha da möhkəmləndirəcək. İnsanlar bir-birini daha yaxından tanıyacaq, biznes əlaqələri genişlənəcək və ortaq türk kimliyi daha da güclənəcək. Bu gün dünya sürətlə dəyişir və regional birliklərin rolu getdikcə artır. Türk Dövlətləri Təşkilatı da artıq təkcə mədəni platforma deyil, siyasi, iqtisadi və geostrateji əməkdaşlıq mərkəzinə çevrilməkdədir.

Enerji təhlükəsizliyi, Orta Dəhliz, nəqliyyat, logistika, rəqəmsal transformasiya və ticarət sahələrində əməkdaşlığın genişlənməsi təşkilatın beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan və Türkiyə münasibətləri uzun illərdir “Bir millət, iki dövlət” prinsipi üzərində inkişaf edir. Hesab edirəm ki, artıq bu əməkdaşlıq modeli bütün türk dünyası üçün nümunəyə çevrilib. Qarşıdakı mərhələdə məqsəd “Bir millət, beş dövlət” ruhunu daha da gücləndirmək, gələcəkdə isə TTDT-nin bütün üzvləri arasında sərbəst hərəkət, iqtisadi inteqrasiya və siyasi həmrəyliyi daha da dərinləşdirməkdir. Bu, həm türk dövlətlərinin beynəlxalq mövqelərini gücləndirəcək, həm də regionda sabitlik, inkişaf və rifaha mühüm töhfə verəcək”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının üzvləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan (2009-cu ildən), Özbəkistan (2019-cu ildən), müşahidəçi ölkələri isə Macarıstan (2018-ci ildən), Türkmənistan (2021-ci ildən) və Şimali Kipr Türk Respublikasıdır (2022-ci ildən).

TodayPress TV

FOTOLAR

Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI — 1
XƏBƏR LENTİ
06 AVQUST 2026
Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Bütün Xəbərlər