Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi

Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi
06.08.2026 10:09

İsrail-Livan sərhədində vəziyyət yenidən gərginləşib.

TodayPress TV xəbər verir ki, İsrail Ordusunun məlumatına görə, Livanın cənubunda baş verən partlayış nəticəsində iki israilli hərbçi həlak olub, daha dörd əsgər yaralanıb.

İsrail ordusu hadisənin Livanın cənubunda hərbçilərin əməliyyat apardığı ərazidə partlayıcının işə düşməsi nəticəsində baş verdiyini bildirib. İsrail tərəfi insidenti atəşkəs razılaşmasının "Hizbullah" tərəfindən pozulmasına cavab olaraq başladığı əməliyyatlarla əlaqələndirib.

Buna cavab olaraq İsrail ordusu Livanın cənubunda hava zərbələri endirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, Tibnin şəhərinə endirilən zərbə nəticəsində azı bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Qeyd edək ki, gərginliyin artması İsrail və Livan nümayəndələri arasında Romada keçirilən növbəti təhlükəsizlik danışıqları fonunda baş verir.

Tərəflər iyun ayında ABŞ-nin  vasitəçiliyi ilə sərhəddə gərginliyin azaldılmasını nəzərdə tutan təhlükəsizlik razılaşması əldə etsələr də, İsrail Livanın cənubunda təhlükəsizlik zonasını saxlayacağını və İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasından qaynaqlanan təhlükəni aradan qaldırmaq niyyətində olduğunu bəyan edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Bütün Xəbərlər