İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı!

İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı!
06.08.2026 09:32

FIFA 2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi üzv futbol assosiasiyalarına Canni İnfantinonun yenidən seçilməsini dəstəkləmək məqsədilə əvvəlcədən hazırlanmış məktublar göndərib.

TodayPress TV “Sky News”a istinadən xəbər verir ki, İnfantinonun dünya futbolunun rəhbəri kimi on ildən artıq fəaliyyəti təriflənən məktub mətnləri dünya çempionatından əvvəl – may və iyun aylarında FIFA əməkdaşları tərəfindən assosiasiyalara çatdırılıb.

İddiada bildirilir ki, məktubların hər birində müvafiq futbol assosiasiyası prezidentinin adı və imzası əvvəlcədən yerləşdirilib. Sənədlərin daha sonra FIFA-ya 2027-ci il prezident seçkiləri öncəsi rəsmi dəstək məktubu kimi geri göndərilməsi nəzərdə tutulub.

Məlumata əsasən, belə məktublar bütün futbol assosiasiyalarına göndərilməyib. Mətnlərdə İnfantinonun rəhbərliyi dövründə futbol infrastrukturunun inkişafı və qadın futbolunun irəliləyişi xüsusi vurğulanıb.

Qeyd olunur ki, FIFA-nın mövcud nizamnaməsində təşkilatın daxili resurslarından fəaliyyətdə olan prezidentin seçki kampaniyası üçün istifadəsini qadağan edən konkret müddəa yoxdur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Bütün Xəbərlər