MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı

MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı
06.08.2026 08:33

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kuba ilə bağlı fəaliyyət göstərəcək xüsusi gizli əməliyyat qrupu yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, qrupa kəşfiyyat təhlili, agent şəbəkəsinin genişləndirilməsi, kiber əməliyyatlar və gizli təsir fəaliyyətləri üzrə ixtisaslaşmış əməkdaşlar daxildir. Bildirilir ki, yeni struktur MKİ-yə Kuba istiqamətinə daha çox maliyyə, texniki və insan resursu ayırmağa imkan verəcək.

Nəşrin iddiasına əsasən, Vaşinqton Kuba siyasi elitasında parçalanma yaratmağa və ABŞ ilə əməkdaşlığa daha meylli şəxslərin önə çıxmasına nail olmağa çalışır.

Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio isə bildirib ki, bu addım təəccüblü deyil. Onun sözlərinə görə, Kuba uzun illərdir MKİ-nin casusluq, təxribat və digər gizli fəaliyyətlərinin hədəfində olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Bütün Xəbərlər