Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı

Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı
07.08.2026 09:50

Mourinyo şokdadır: Rodrinin “Real”a keçidinin niyə baş tutmadığı açıqlanıb. 

TodayPress TV xəbər verir ki, jurnalist Serxio Valentin “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin “Real Madrid” klubuna transferinin baş tutmamasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatmış, futbolçu transferə tam razılıq vermiş və “Mançester Siti” ilə müqavilənin əksər şərtləri razılaşdırılmışdı.

Lakin prosesə “Real Madrid”in baş skautu Xuni Kalafat müdaxilə edərək klub prezidenti Florentino Peresi transfer məbləğini aşağı salmağa inandırıb. Bundan sonra danışıqlar dayandırılıb. “Mançester Siti” qiyməti endirməkdən imtina edib və Rodrini digər klublara da təklif etməyə başlayıb.

Məlumata görə, Rodri əvvəlcə yalnız “Real Madrid”ə keçmək istəyirdi. Lakin uzun gözləmə müddətindən sonra vəziyyət dəyişib. Dörd gün əvvəl “Barselona”nın idman direktoru Deko futbolçu ilə görüş keçirib. Həmçinin komandanın baş məşqçisi Hans-Diter Flik və İspaniya millisində Rodri ilə birgə çıxış edən, hazırda “Barselona”da oynayan futbolçular da onunla əlaqə saxlayıblar. Nəticədə ispaniyalı yarımmüdafiəçi Kataloniya klubunun təklifinə də müsbət yanaşmağa başlayıb.

Jurnalist bildirib ki, “Real Madrid” əvvəlcə transfer məbləğini azaltmağa çalışdığı üçün indi həm daha yüksək məbləğ ödəməli, həm də futbolçunu yenidən razı salmalı olacaq.

Valentin əlavə edib ki, agent Jorje Mendeş baş verənləri Joze Mourinyoya danışıb və portuqaliyalı mütəxəssis bu vəziyyətdən ciddi şəkildə təəccüblənib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
"Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Кто и как спаслись с тонувшего корабля? - Сгорели склады, пропали деньги, компенсации не выплачиваются... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Португальцы отстранены, на матч «Сабаха» назначены французские судьи 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Связь Варданяна с Эпштейном: Миллиардные проекты... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Новый груз из России в Армению: поезд отправится через Азербайджан 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Самый серьезный конфликт в Йемене с 2022 года: хуситы перешли в наступление 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Азербайджанская нефть подорожала: цена "Azeri Light" превысила 93 доллара 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 В некоторых районах Баку не будет света 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 Все новости