Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı
NHL-də “Boston Bruins” forması ilə Stenli Kubokunu qazanan sabiq müdafiəçi Zdeno Xara Slovakiyada velosiped sürərkən atletlə ilə toqquşub.
TodayPress TV xəbər verir ki, bu barədə “Sportovy” portalı məılumat yayıb.
49 yaşlı keçmiş hokkeyçinin sözlərinə görə, piyada qulaqlıqla velosiped zolağında qaçırmış və qəfil istiqamətini dəyişdiyi üçün toqquşma baş verib.
Hadisədən sonra xəstəxanaya aparılan qaçışçıya beyin silkələnməsi diaqnozu qoyulub. Yol-nəqliyyat hadisəsini araşdıran ekspertiza günahın atletdə olduğunu müəyyənləşdirib. Bildirilib ki, o, velosiped zolağında hərəkət etməməli idi.
Mənbənin məlumatına görə, zərərçəkənin həyatı üçün təhlükə yoxdur. Zdeno Xara isə hadisədən sonra atlet və onun ailəsi ilə əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanır.
Namiq HUN