Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil”

Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil”
07.08.2026 15:34

Deputat Fazil Mustafa son günlər sosial şəbəkələrdə müzakirə olunan fikirlərinə münasibət bildirərək, yazılarında Şah İsmayılın adını ümumiyyətlə çəkmədiyini, sadəcə Azərbaycan tarixinin müxtəlif dövrlərində formalaşmış düşüncə və ideologiyaların publisistik şəkildə təhlil edildiyini deyib.

TodayPress TV xəbər verir ki, o, buna baxmayaraq, mövzunun qəsdən fərdiləşdirildiyini düşünür.

Deputatın sözlərinə görə, məsələ ətrafında müxtəlif çevrələr emosional yanaşma nümayiş etdirirlər:

"Baxıram siyasətçisindən, jurnalistindən, ictimai şəxslərdən tutmuş sıradan insanlara qədər hamısı xorla "Şah babam" deyə haray çəkir, veriliş düzənləyir, ağıl öyrədir, təhqir edir. Oradan da bir İran generalı haray çəkir ki, "Sizin deyil, bizim Şah babamızdır. Çünki onun ideallarını yaşadan bizik"".

Fazil Mustafa bu polemikanın tərəfi olmadığını vurğulayaraq əlavə edib:

"İndi buyurub bir-birinizlə razborkanızı davam etdirin, qaranlıq keçmişin mirasına birlikdə barış içində sahib çıxın. Bu da sizin haqqınızdır, sizə inananların haqqıdır. Mən sadəcə inancla deyil, ağılla mühakimə edən soydaşlarıma üz tutub deyirəm ki, şəhadət gətirirəm ki, millətimizin ən şərəfli tarixi milli dövlət qurduğumuz tarixdir – Azərbaycan Xalq Cümhuriyyətidir. Bizdən də sayı çox olan, sizdən daha artıq şahsevən olan 30 milyondan artıq soydaşımız məhz bu ideoloji zəmindən qopa bilmədiyinə görə müstəqilliyin nemətini dada bilməmişlər".

Millət vəkili müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasları barədə də fikirlərini bölüşərək vurğulayıb:

"Yenə də mən deyirəm: Milli, müstəqil, dünyəvi dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadədir. Onu da bütləşdirmədən, mükəmməl irsini öyrənin ki, bu dövlətə irəlidə zaval gəlməsin".

Sonda Fazil Mustafa bildirib ki, səsləndirdiyi mövqedə mübahisəli məqam görmür:

"Burada mübahisəlik bir məqam qaldımı? Öz xorunuzdur, öz gorunuzdur, bizə bunun nə aidiyyatı?", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 На «Торговой» горит объект 11:51 Эти две страны присоединятся к ЕС 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Три страны подписали «Меккское соглашение» — в случае нападения на одного из членов... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 В Товузе застрелена 65-летняя женщина, ее племянник задержан 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 Израильская резолюция о так называемом «геноциде армян» «и рядом не стояла» — готовится более коварный план... 14:11 Байындыр перевелся в участника Лиги Европы! 13:48 Ухудшилось здоровье Хаменеи — УТВЕРЖДЕНИЕ 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Все новости