Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı!

Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı!
07.08.2026 14:51

“Cadillac” komandasının pilotu Valtteri Bottas ehtiyat pilot kimi keçirdiyi mövsümün “Formula-1”ə münasibətini dəyişdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb. 

Finlandiyalı sürücünün sözlərinə görə, 12 il əsas heyətdə yarışdıqdan sonra bir mövsüm start düzülüşündən kənarda qalmaq ona idmana fərqli prizmadan baxmaq imkanı verib.

“12 il yarışdıqdan sonra bir mövsüm start düzülüşündə yer almamaq insana “Formula-1”i başqa cür dərk etməyə kömək edir. Artıq yalnız öz çıxışına deyil, bütöv mənzərəyə baxırsan.

Bu təcrübə idmana, burada çalışan insanlara və pilotlara hörmətimi daha da artırdı. Düşünürəm ki, indi “Formula-1”in dəyərini əvvəlkindən daha yaxşı anlayıram.

Məsələn, Melburnda startdan əvvəl dövlət himninin səsləndirilməsi mənə tamam fərqli hisslər yaşatdı. Əvvəllər bu anların qiymətini bu qədər bilmirdim. Bir şeyi itirib yenidən qazandıqda onun nə qədər xüsusi olduğunu anlayırsan. Hazırda start düzülüşündə yer alan 22 pilotdan biri olduğum üçün özümü daha çox xoşbəxt hiss edirəm”, – deyə Bottas bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Bütün Xəbərlər