BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu

BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu
23.12.2025 13:04
Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyi münasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal olan könüllülər iştirak ediblər.
Beş il ərzində görülən işlərin yekunlarına həsr olunmuş tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivlər müzakirə edilib.

Tədbirdəki çıxışlarda qeyd olunub ki, bu gün cənab Prezidentin çoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir və bu inkişaf qurumlar-arası birgə uğurlu əməkdaşlıqda da özünü göstərir. Bundan başqa tədbir iştirakçıları cənab Prezidenti fürsətdən istəfadə edib doğum günü münasibətilə təbrik edərək əldə olunan şanlı qələbələrə və uğurlara görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətin gücləndirilməsində və şəhər mühitinin daha səmərəli qorunmasında mühüm rol oynadığı vurğulanıb.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin 10 illik fəaliyyəti və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə görülən işlərin yekunlarına dair videoçarx nümayiş olunub.
Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə seçilən Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtın daha abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir və gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtda ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması, abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyən olunaraq onların aradan qaldırılması üçün aidiyyəti qurumlarla koordinasiyalı işlər görülüb.
Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata keçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturunun yaxşılaşdırılması, səkilərin və yolların bərpası, park və yaşıllıq sahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb və icrası təmin olunub.
Xüsusilə yaşıllıqların mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyən edilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlara aqrotexniki qulluq göstərilib.

FOTOLAR

BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 1
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 2
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 3
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 4
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 5
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 6
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 7
BŞİH və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olundu — 8
XƏBƏR LENTİ
07 AVQUST 2026
Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Bütün Xəbərlər