ABŞ-nin İT nəhəngi Azərbaycana gəlir! - “Yüksək maaşlı iş yerləri yaradılacaq”

ABŞ-nin İT nəhəngi Azərbaycana gəlir! - “Yüksək maaşlı iş yerləri yaradılacaq”
13.08.2025 14:08 İKT

Pandemiyadan sonra tanınmış ABŞ şirkəti “EPAM Systems” Azərbaycana daxil olmaq üçün bir neçə dəfə cəhd göstərib. Bu məqsədlə dövlət rəsmiləri ilə görüşlər keçirilsə də, indiyədək bu cəhdlər uğurlu olmayıb. Şirkət təklif olunan şərtlər daxilində Azərbaycanda nümayəndəlik açmağı məqsədəuyğun hesab etməyib.

TodayPress TV xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) açıqlamasına əsasən, “EPAM” yenidən Azərbaycana gəlmək niyyətindədir.

Belə ki, adətən qlobal layihələr həyata keçirən şirkət, Azərbaycanda daha çox lokal rəqəmsal layihələrə fokuslanacaq.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri, rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib ki, “EPAM”ın Azərbaycanda fəaliyyətə başlaması yüksək ixtisaslı İT iş yerlərinin yaradılması, beynəlxalq təcrübə və qabaqcıl texnologiyaların transferi, həmçinin Azərbaycan İT sektorunun qlobal bazarlara inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. 

Onun sözlərinə görə, bu addım ölkənin rəqəmsal transformasiya prosesinə və startap ekosisteminin inkişafına da əlavə stimul verə bilər.

Qeyd edək ki, Azərbaycan bazarına daxil ola bilməyən “EPAM” son illərdə Ermənistanda və Özbəkistanda nümayəndəliklərini sürətlə açıb. Hazırda bu ölkələrdə şirkətdə minlərlə developer, analitik və digər mütəxəssislər çalışır.

Türkan İsgəndərli

FOTOLAR

ABŞ-nin İT nəhəngi Azərbaycana gəlir! - “Yüksək maaşlı iş yerləri yaradılacaq” — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Bütün Xəbərlər