Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb

Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb
07.08.2026 04:27 Maraqlı

Saturnun ən böyük peyki olan Titan özünəməxsus xüsusiyyətləri ilə alimləri heyrətləndirməkdə davam edir. Peykin fırlanma xüsusiyyətinə görə Saturn Titandan baxan müşahidəçi üçün göydə demək olar ki, həmişə eyni yerdə görünür.

TodayPress TV xəbər verir ki, Titan Saturnun ətrafında tam dövrünü 15 gün 22 saata başa vurur. Maraqlıdır ki, peykin öz oxu ətrafında fırlanması da eyni müddət çəkir. Bu səbəbdən Titan həmişə eyni tərəfini Saturn istiqamətində saxlayır. Bu hadisə qravitasiya kilidlənməsi adlanır.

Beləliklə, Titanın Saturnu görən yarımkürəsində nəhəng planet və onun məşhur halqaları üfüqdə demək olar ki, hərəkətsiz görünür. Saturn doğmur və batmır, yalnız çox cüzi şəkildə yerini dəyişir. Peykin digər tərəfində isə Saturn ümumiyyətlə görünmür.

Alimlərin sözlərinə görə, Saturnun bir qədər hərəkət etməsinin səbəbi Titanın orbitinin tam dairəvi deyil, bir qədər uzunsov olmasıdır. Bu zaman peykin sürəti dəyişir və Saturn səmada kiçik bir qövs cızır. Bu hadisə lib­rasiya adlanır.

Titanın səthindən Saturnu müşahidə etmək isə sıx atmosfer səbəbindən asan deyil. Peykin atmosferi əsasən azotdan ibarətdir və narıncı rəngli qalın üzvi dumanla örtülüb.

Titanın daxili quruluşu da alimlərin diqqətini çəkir. “Cassini” missiyasının məlumatlarının təhlili peykin buz qabığının altında qlobal maye su okeanının ola biləcəyinə dair ehtimal yaradıb. Bununla belə, 2025-ci ildə “Nature” jurnalında dərc olunan araşdırmada alternativ versiya irəli sürülüb. Buna əsasən, Titanın daxilində okean əvəzinə yüksək təzyiqli isti buz təbəqəsi və qismən ərimiş sahələr ola bilər.

Alimlər hesab edirlər ki, Titanın öyrənilməsi yalnız Saturn sistemi üçün deyil, digər ulduzların ətrafında yerləşən və qravitasiya kilidlənməsinə məruz qalan potensial yaşayış üçün əlverişli dünyaların necə göründüyünü anlamaq baxımından da əhəmiyyətlidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 AVQUST 2026
Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 Bütün Xəbərlər