Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir

Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir
07.08.2026 09:35 İdman

“Mançester Yunayted” qadın komandasının baş məşqçisi vəzifəsinə Eva Olidin təyin olunduğunu rəsmən açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

40 yaşlı mütəxəssislə 2028-ci ilin iyun ayınadək müqavilə imzalanıb. Razılaşmaya daha 12 ay uzadılma bəndi də daxil edilib. 

O, yeni mövsümün başlanmasına bir ay qalmış vəzifəsindən ayrılan Mark Skinneri əvəzləyib.

Klubun yaydığı açıqlamada bildirilib ki, Eva Olidin təyinatı qadın komandası üçün uzunmüddətli inkişaf və uğur strategiyasının həyata keçirilməsində yeni dövrün başlanğıcı hesab olunur.

Şotlandiyanın “Hearts” qadın komandasından “Mançester Yunayted”ə keçən Olid əvvəlki klubunda böyük uğurlara imza atıb. O, komandanı ikinci diviziondan elitaya yüksəldib və may ayında Şotlandiya Qadınlar Premyer Liqasının çempionu edib.

Bu nailiyyətlərinə görə Eva Olid həm Şotlandiya Qadınlar Premyer Liqasında ilin ən yaxşı baş məşqçisi, həm də Peşəkar Futbol Assosiasiyasının versiyasına əsasən ilin məşqçisi seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bütün Xəbərlər