Səs-küylü Harden işində gözlənilməz qərar verildi
Ceyms Hardenə qarşı silahla bağlı ittiham ləğv edildi.
TodayPress TV xəbər verir ki, Bu barədə “New York Post” məlumat yayıb.
NBA ulduzu Ceyms Hardenə qarşı avtomobilində tapança aşkarlanmasından sonra irəli sürülən qanunsuz silah gəzdirmə ittihamı ləğv edilib.
Xatırladaq ki, basketbolçu iyun ayında polis əməkdaşlarının yol yoxlaması zamanı avtomobilində qılıfsız şəkildə görünən tapança aşkar etməsindən sonra saxlanılmış və ona qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham irəli sürülmüşdü.
Məlumata görə, iş məhkəməyə göndərilməyəcək və Harden barəsində cinayət təqibi aparılmayacaq.
Qeyd edək ki, bu hadisə 11 qat NBA Ulduzlar Oyununun iştirakçısı olan Hardenin 17 illik peşəkar karyerasında ilk həbsi olub. O, 13 iyun tarixində Hyustonda gecə saat 03:41-də adi yol yoxlaması zamanı saxlanılmışdı.
Basketbolçu 100 dollar girov müqabilində sərbəst buraxılıb. Təxminən 40 milyon dollar illik əməkhaqqı alan Harden polis bölməsində təxminən bir saat yarım – saat 03:41-dən 05:00-dək saxlanılıb.
Namiq HUN