Prezidentlər Şuşa məscidində...

Prezidentlər Şuşa məscidində...
23.06.2026 13:38 Xarici siyasət

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.

Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.

Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır.

Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

TodayPress TV

FOTOLAR

Prezidentlər Şuşa məscidində... — 1
Prezidentlər Şuşa məscidində... — 2
Prezidentlər Şuşa məscidində... — 3
Prezidentlər Şuşa məscidində... — 4
Prezidentlər Şuşa məscidində... — 5
Prezidentlər Şuşa məscidində... — 6
Prezidentlər Şuşa məscidində... — 7
Prezidentlər Şuşa məscidində... — 8
Prezidentlər Şuşa məscidində... — 9
XƏBƏR LENTİ
23 IYUN 2026
Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı 15:49 5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Şıxlinski və oğlu barədə yekun qərar verildi 15:34 Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 15:32 KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı 15:29 Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ 15:28 Azərbaycan rəsmi qonağı yola saldı 15:22 Liderlər Şuşada birgə nahar etdilər 15:20 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi 15:18 Tonlarla çətənə kolu məhv edilib 15:11 Bütün Xəbərlər