Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi
26.06.2026 22:25 Xarici siyasət

Nyu-York şəhərində Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyaya tərəf dövlətlərin 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov səsvermənin ilk mərhələsində Komitəyə üzv seçilib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi 1979-cu il əlaqədar Konvensiyanın icrasına nəzarət edən əsas müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 23 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW) ilə yanaşı son iki həftə ərzində BMT insan hüquqları üzrə müqavilə qurumlarından olan İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə namizəd olan Azərbaycan nümayəndələri hər üç komitəyə seçilməklə maksimum nəticə göstərməyə nail olmuşdur.

Bununla yanaşı, ölkəmiz əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunur.

Qeyd edilən seçkilərdə qələbələr Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaratmaqla, müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin Xalq Respublikası ilə ikinci və üçüncü yerləri bölüşür. Bu bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın növbəti bariz nümunəsidir.

TodayPress TV

NEWS FEED
27 JUNE 2026
Ağ Evdən gözlənilməz qərar: İranla danışıqlar davam edəcək 00:05 Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu 21:49 600 milyon dollarlıq narkotik yandırıldı 21:16 Venesuelada dəhşətli zəlzələ: 50 mindən çox insan itkin düşdü 22:00 Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA 21:58 Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar 21:30 Ermənistan ordusunun hərbi qulluqçusu ölüb 22:52 İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO 22:46 Tramp Avropanı tariflərlə HƏDƏLƏDİ 22:22 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq" 22:37 Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi 22:18 Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi 22:14 Hakan Fidan: Müdafiə sənayesi artıq NATO üçün strateji prioritetdir 21:53 Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı 22:02 "Turan Tovuz" onunla yeni müqavilə imzaladı 21:19 Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı 21:38 Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA 21:33 Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO 21:08 Kremldən yeni qanun: Orduda xidmət edən əcnəbilər deportasiya edilməyəcək 20:40 Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp 20:34 Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı 20:27 Tramp İranı atəşkəsi pozmaqda İTTİHAM ETDİ 20:21 Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ 20:06 DÇ-2026 tarixin ən çox tamaşaçı toplayan çempionatı oldu 20:01 Zavodda partlayış baş verdi, ölən var 19:29 All News