PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro

PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro
11.08.2026 15:23 İdman

PSJ “Parma” klubunun yaponiyalı qapıçısı Dzion Sudzuki ilə transfer razılaşmasına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, transferin məbləği 35 milyon avro təşkil edəcək.

Bildirilir ki, PSJ-yə keçdikdən dərhal sonra Sudzuki icarəyə göndəriləcək. Yaponiyalı qapıçının böyük ehtimalla “Yuventus”a icarəyə verilməsi gözlənilir. Turin klubu hazırda futbolçunun transferində əsas namizəd hesab olunur.

Sudzuki 2024-cü ilin yayında Belçikanın “Sent-Tryuden” klubundan 7,5 milyon avro qarşılığında “Parma”ya keçib. O, ötən mövsüm İtaliya təmsilçisinin heyətində 22 matçda meydana çıxıb, 30 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” portalında 24 yaşlı qapıçının bazar dəyəri 30 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 Bütün Xəbərlər