Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür

Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür
11.08.2026 14:31 Dünya

Qazaxıstanda iş axtaran vətəndaşların uyğun vakansiya tapmasına süni intellekt kömək edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev məlumat verib.

Yeni sistem işə ehtiyacı olan vətəndaşları avtomatik müəyyən edəcək və onlara “eGov”, “Enbek.kz” platformaları və ya 1414 nömrəsindən SMS vasitəsilə bildiriş göndərəcək.

Süni intellekt namizəd üçün həm yaşadığı regionda, həm də ölkənin digər bölgələrində uyğun iş yerlərini seçəcək. Sistem xüsusilə fəhlə peşələri üzrə vakansiyaları da təklif edəcək.

Bundan əlavə, vətəndaşlara təlim, ixtisasartırma, yenidən ixtisaslaşma və başqa bölgəyə köçmək imkanları barədə məlumat veriləcək.

Xidmət iyul ayında Pavlodar vilayətində istifadəyə verilib. 39 min nəfərə SMS göndərilib, 962 nəfər işlə təmin olunub.

Sentyabr ayında sistemin Manqistau vilayətində tətbiqi planlaşdırılır. İlin sonuna qədər xidmətin 20 regionda istifadəyə verilməsi nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Bütün Xəbərlər