Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ
Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 164 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, “Reuters“in məlumatına görə, ölkədə son onilliklərdə ən güclü zəlzələlərindən biri olan təbii fəlakətdən sonra xilasetmə işləri artıq ikinci gündür davam edir.
Fövqəladə hallar xidmətinin əməkdaşları dağılan binaların və uçmuş evlərin dağıntıları altında qalan insanları axtarır.
Ölənlərin sayının daha da artacağı gözlənilir.
08:40
***
Kolumbiyanın qərbində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində azı 132 nəfər həlak olub, 570 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, “BluRadio”nun məlumatına görə, zəlzələnin yaratdığı genişmiqyaslı dağıntılar səbəbilə ölkənin 32 şəhərində qırmızı təhlükə səviyyəsi elan edilib.
Zəlzələ yerli vaxtla səhər saat 07:34-də baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri paytaxt Boqotadan təxminən 280 kilometr qərbdə yerləşib.
Güclü yeraltı təkanlar Kolumbiyanın böyük hissəsində, eləcə də qonşu Panamada hiss olunub.
Hazırda bölgədə xilasetmə və axtarış işləri davam etdirilir.
Türkan İsgəndərli