Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya

Netanyahu  ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya
04.08.2026 15:51 Təhlil

İsrail  təcili hərbi səfərbərlik rejiminin daha iki ay uzadılmasını təsdiqləyib. Qərar İsrail  Ordusuna sentyabrın 30-dək 240 minə qədər ehtiyatda olan hərbçini xidmətə çağırmaq səlahiyyəti verir. 

Maraqlıdır,  İsrailin hərbi səfərbərlik rejimini növbəti dəfə uzatması nəyi göstərir, ölkə nəyə hazırlaşır və bu qərarın İranla mümkün əlaqəsi varmı?


Sözügedən məsələ ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV- yə danışıb.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə müharibələrin davam etməsinin tərəfdarıdır, onların dayanmasının deyil:

"İstər İranla, istər Qəzza zolağında, istərsə də Livanla bağlı münaqişələr davam etdikcə, bu, indiki İsrail hökumətinin və Netanyahunun hakimiyyətinin ömrünün uzanması deməkdir. Eyni zamanda, bu, Netanyahuya qarşı ölkə daxilində gedən hüquqi və siyasi proseslərin arxa plana keçməsinə səbəb olur. Məhz buna görə də Netanyahunun marağındadır ki, Yaxın Şərqdə müharibələr dayanmasın. Bu müharibələri davam etdirmək üçün isə təbii ki, hərbi gücə ehtiyac var. Deməli, İsrailin hərbi potensialının daha da gücləndirilməsi onun əsas məqsədlərindən biridir". 

Analitik qeyd edib ki, Netanyahunun bu addımı atmasının mühüm səbəbləri var: 

"Netanyahu niyə bu addımı atır? O, ilk dəfə olaraq açıq şəkildə etiraf etdi ki, ABŞ ilə İsrail arasında fikir ayrılığı mövcuddur. Halbuki indiyədək o, daim bildirirdi ki, Vaşinqton və Təl-Əvivin Yaxın Şərq siyasəti tam üst-üstə düşür. Bu fikir ayrılığı əsasən Qəzza ilə bağlıdır. Hazırda sülh prosesinin ikinci mərhələsinə keçid müzakirə olunur. Bu mərhələdə ABŞ ilə HƏMAS arasında müəyyən razılaşmanın əldə olunduğu bildirilir. HƏMAS bir şərtlə tərksilah olmağa hazır olduğunu bəyan edir: İsrail Qəzzada nəzarət etdiyi bütün ərazilərdən qoşunlarını tam çıxarmalıdır. Politoloq Netanyahu isə bununla razı deyil. Onun ABŞ-dən əsas tələbi budur ki, HƏMAS tam tərksilah olunana qədər İsrailə Qəzzada istənilən vaxt hərbi əməliyyat keçirmək hüququ tanınsın. Məhz bu məsələ Vaşinqton və Təl-Əviv arasında əsas fikir ayrılığı kimi ortaya çıxır". 

Ekspertin qənaətincə, İsrailin mövcudluğu, hərbi gücü və Yaxın Şərqdəki nüfuzu  ABŞ-dən asılıdır:

"İsrailin həm hərbi, həm də siyasi dayağı ABŞ-dir. Əgər ABŞ artıq HƏMAS-la birbaşa danışıqlar aparır və müəyyən razılaşmalar əldə edirsə, bu, təbii olaraq İsrailin maraqlarına uyğun gəlmir. Eyni sözləri İranla aparılan danışıqlar barədə də demək olar. Buna görə də İsrail öz hərbi potensialını daha da gücləndirməyə çalışır. ABŞ-nin İsrailə dəstəyini azaltması və ya əvvəlki səviyyədə davam etdirməməsi ehtimalını nəzərə alan Netanyahu mövcud siyasətini və hərbi fəaliyyətini daha çox öz resursları hesabına davam etdirmək istəyir".  

Şakir Ağayev əlavə edib ki, bu hazırlıq təkcə İranla bağlı deyil. İran əsas istiqamətlərdən biridir, lakin məsələ eyni zamanda Livan, Suriya və xüsusilə də Qəzza ilə bağlıdır. İsrail qarşısına məqsəd qoyur ki,    təsir zonasına daxil etdiyi ərazilərdə istənilən vaxt hərbi əməliyyatları davam etdirmək imkanını qoruyub saxlasın.

Jalə Rövşən 

FOTOLAR

Netanyahu  ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Bütün Xəbərlər