Avrokuboklarda intizam sistemi tam dəyişdi!

Avrokuboklarda intizam sistemi tam dəyişdi!
04.08.2026 15:44 İdman

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində sarı vərəqələrin hesablanması ilə bağlı yeni qaydalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, avrokubokların əsas mərhələsində futbolçular və komandaların rəsmi nümayəndələri qırmızı vərəqə ilə nəticələnməyən dörd sarı vərəqə aldıqları halda bir oyunluq cəzalanacaqlar. Bundan sonra isə diskvalifikasiya hər növbəti cüt saylı sarı vərəqədən – altıncı, səkkizinci və s. sonra tətbiq olunacaq.

Təsnifat mərhələlərində isə əvvəlki qaydalar qüvvədə qalacaq. Belə ki, futbolçu və ya rəsmi şəxs qırmızı vərəqə ilə nəticələnməyən üç sarı vərəqədən sonra cəzalanacaq, sonrakı diskvalifikasiyalar isə hər növbəti tək saylı sarı vərəqədən sonra qüvvəyə minəcək.

UEFA bildirib ki, bu dəyişikliklər 2024/2025 mövsümündən tətbiq edilən avrokubok formatı islahatları ilə əlaqədardır. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində oyunların sayının altıdan səkkizə çatdırılması sarı vərəqələrə görə diskvalifikasiyaların artmasına səbəb olub. Yeni qaydaların məqsədi oyunların sayı ilə intizam cəzaları arasında balans yaratmaqdır.

Qeyd olunub ki, eyni qaydalar əsas mərhələsi altı oyundan ibarət olan Konfrans Liqasında da tətbiq ediləcək. UEFA bunu qış transfer pəncərəsində futbolçuların müxtəlif avrokuboklarda çıxış edən klublar arasında keçid etməsi ehtimalı ilə əsaslandırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 Bütün Xəbərlər