Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK
Finlandiyada dünyada ilk yeraltı işlənmiş nüvə yanacağı anbarının istismarı üçün lisenziya verilib.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Onkalo adlı anbar “Olkiluoto” Atom Elektrik Stansiyasının yaxınlığında inşa edilib.
İşlənmiş nüvə yanacağının xüsusi konteynerlərdə, qayalıq ərazidə yerin 400–450 metr dərinliyində basdırılması nəzərdə tutulur.
Kübra Musayeva