Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı
“Cadillac” komandasının meksikalı pilotu Serxio Peres 2021-ci ildə “Racing Point”dən “Red Bull”a keçidinin onun üçün gözlənilməz olduğunu etiraf edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Motorsport Week” nəşrinə danışıb.
“Bu idman növündə sədaqət anlayışı yoxdur. Buna görə də baş verənləri şəxsi məsələ kimi qəbul etmədim. Düzünü desəm, “Aston Martin”dəki hər kəslə yaxşı münasibətlərimi qorudum. Mən yalnız öz çıxışıma təsir edə biləcək məsələlərə diqqət yetirirdim. Növbəti mövsüm üçün maraqlı təklif olsaydı, onu qəbul edəcəkdim. Əks halda bir il fasilə verib sonra qayıdacaqdım.
Mövsümün sonuna yaxın yarışlardan birini qazandım və “Red Bull” variantı yarandı. Açığı, keçəcəyimi heç gözləmədiyim yeganə komanda məhz “Red Bull” idi. Çünki onlar həmişə öz akademiyalarının pilotlarına üstünlük verirdilər. Amma sonda həmin komandaya qoşuldum”, – deyə Peres bildirib.
Namiq HUN