Vensin İrəvan və Bakı səfəri hansı MESAJI VERİR? — Ramiz Yunus AÇIQLADI

Vensin İrəvan və Bakı səfəri hansı MESAJI VERİR? — Ramiz Yunus AÇIQLADI
09.02.2026 10:20 Təhlil

“Azərbaycanla Ermənistan arasında sülh uzun illər utopiya kimi görünürdü, lakin İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq formalaşıb”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus “Facebook” hesabında yazıb. 

Professor bildirib ki, onilliklər boyu davam edən münaqişə, iki müharibə, on minlərlə insan itkisi və yüz minlərlə qaçqın Cənubi Qafqazda “əbədi müharibə” təsəvvürü yaradıb:


“Cənubi Qafqaz dondurulmuş ziddiyyətlər regionu kimi qəbul edilirdi. Burada nəsillərin dəyişməsi barışa deyil, yalnız keçmiş travmaların qorunub saxlanmasına xidmət edirdi. Yüz ildən artıq bir dövr ərzində — Rusiya imperiyasından Sovet İttifaqına, oradan da postsovet mərhələsinə qədər region xarici nəzarət sistemi daxilində mövcud olub, burada idarə olunan qeyri-sabitlik təsir aləti kimi istifadə edilib. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra da bu məntiq aradan qalxmadı: Moskva yekun nizamlanmaya imkan vermədən özünü “əvəzolunmaz vasitəçi” rolunda saxladı və bununla da regionu geosiyasi asılılıq zonasına bağladı”.

Ramiz Yunus qırılma nöqtəsinin İkinci Qarabağ müharibəsindən sonra baş verdiyindən bəhs edib:


“Azərbaycanın qələbəsi onilliklər boyu dəyişməz sayılan regional status-kvonu köklü şəkildə dəyişdi. Uzun müddətdən sonra ilk dəfə münaqişə aydın hərbi-siyasi nəticə aldı və bununla birlikdə əvvəlki formulların artıq işləmədiyi yeni reallıq yarandı. Bu proseslərin əlavə katalizatoru isə Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı təcavüzlə bağlı strateji səhvi oldu. Uzunmüddətli müharibəyə cəlb olunan Moskva resurslarını və postsovet məkanında proseslərə operativ reaksiya vermək imkanını itirdi ki, bu da regional aktorlar üçün fürsətlər pəncərəsi açdı”.

Professorun sözlərinə görə, bu fürsətdən Azərbaycan və Ermənistan liderləri istifadə edib. O bildirib ki, onilliklərdən sonra ilk dəfə Bakı və İrəvan, xüsusən də Moskvanın vasitəçiliyi olmadan, birbaşa dialoqa başlayıb və barışıq prosesi deklarativ mərhələdən praktiki məzmuna keçib:

“2025-ci ilin yayında Əbu-Dabidə keçirilən görüş, ardınca isə 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə baş tutan görüş yeni mərhələnin mühüm mərhələləri oldu. Həmin görüşlərdə sülh sazişinin əsasları və simvolik olaraq “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar daxil olmaqla, əsas sənədlər paraflandı”.

Analitik əlavə edib ki, diplomatik bəyanatlardan sonra real proseslər başlayıb:

“Azərbaycan ərazisi ilə Qazaxıstan və Rusiyadan Ermənistana taxıl yüklü qatarlar hərəkətə başladı, Azərbaycan isə Ermənistana yanacaq tədarükünə start verdi. Beş il əvvəl fantaziya kimi görünənlər gündəlik reallığa çevrildi”.

Professor Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə növbəti görüşünü ABŞ vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri ərəfəsində mühüm siyasi koordinasiya kimi dəyərləndirib. Onun fikrincə, Vensin Bakı və İrəvana səfərləri ABŞ-nin Cənubi Qafqaz üzrə strategiyasının dəyişdiyini və regionun Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa logistika xəttində açar mövqedə görüldüyünü göstərir:


“Cənubi Qafqazda sülh Vaşinqton üçün daha geniş kontekstdə — Yaxın Şərqdə rolun sabitləşdirilməsi baxımından da önəmlidir. Bu çərçivədə Azərbaycan təkcə region ölkəsi deyil, təhlükəsizlik və logistikanın əsas qovşağı kimi çıxış edir və Ermənistanla dayanıqlı sülh ABŞ üçün də strateji əhəmiyyət daşıyır”.

Professor Azərbaycan parlamentinin Naxçıvanla bağlı dəyişiklikləri qəbul etməsini və 1921-ci il Moskva və Qars müqavilələrinin denonsasiyasını da xüsusi vurğulayıb. O düşünür ki, bu addım revanşist deyil, tarixi-hüquqi xarakter daşıyır və müstəmləkə irsinin son səhifəsinin bağlanması anlamına gəlir.

Ramiz Yunus Azərbaycanın nadir tarixi yol keçdiyini də vurğulayıb:

“Müharibədə qələbə diplomatiyada qələbəyə, daha sonra isə sülh gündəmində qələbəyə çevrilir”.

O, Ermənistanda baş verən dəyişikliklərə də diqqət çəkərək, daxili müqavimətlərə baxmayaraq, hakimiyyətə yaxın siyasi qüvvələrin yeni reallığı qəbul etməsinin kövrək sülh üçün mühüm addım olduğunu qeyd edib. Analitik vurğulayıb ki, həm region daxilində, həm də xaricində qarşıdurmadan faydalanan və sülhün başa çatmasında maraqlı olmayan qüvvələr hələ də mövcuddur.

Siyasətçinin fikrincə, məhz buna görə sülh prosesinə beynəlxalq simvolik və siyasi dəstək xüsusi əhəmiyyət daşıyır. Əbu-Dabidə Şeyx Zayed adına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan liderlərinə təqdim olunması bu baxımdan mühüm siqnal olub. O əlavə edib ki, ABŞ Prezidentinin fəal iştirakı ilə bu prosesin davam etməsi Nobel Sülh Mükafatı kimi təşəbbüslərlə daha da möhkəmləndirilə bilər.

Sonda Ramiz Yunus Çexiyanın birinci Prezidenti Vatslav Haveldən sitat gətirib:

“Sülh vəziyyət deyil, prosesdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər